BƏƏ Suriyadan 15 000 qaçqın qəbul edəcək
Sentyabr 26
16:09
2016
955 dəfə baxılıb
Birləşmiş Ərəb Əmirlikləri yaxın beş il ərzində Suriyadan 15 minə qədər qaçqın qəbul etməyə hazırdır.
Sələfxəbər.az -ın uaeinside.com -a istinadən xəbərinə görə, bu barədə BMT-nin Suriyadan olan qaçqınlara həsr olunmuş sammitində iştirak edən Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri bildirib.
2011-ci ildə Suriyada başlayan müharibələr zamanı Birləşmiş Ərəb Əmirliklərinə 123 min insan axın edib. Hal-hazırda isə Birləşmiş Ərəb Əmirlikləri ərazisində 250 min nəfər suriyalı yaşayır.
Xatırladaq ki, son 5 il ərzində BƏƏ hakimiyyəti həm öz ölkələrində, həm də digər dövlətlərin ərazisindəki düşərgələrdə məskunlaşmış suriyalı qaçqınlara 750 milyon dollar məbləğində yardım göstərib.
Sələf Xəbər: Uca Allah buyurur: “Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin (mükafatını) artırar. Allah (hər şeyi) Əhatə edəndir, Biləndir”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 261-ci ayə)