Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

BƏƏ və Avropa İttifaqı vizanın ləğvi ilə bağlı razılaşma imzalayıb

May 07
20:02 2015

Birləşmiş Ərəb Əmirlikləri ilə Avropa İttifaqı (Aİ) arasında ikitərəfli şəkildə qısa müddətli vizanın ləğvi ilə bağlı razılaşma imzalanıb.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, müqaviləni Brüsseldə BƏƏ-nin Aİ-dəki səfiri Süleyman Hamid Əl Mazrui və Latviyanın Aİ-də daimi nümayəndəsi İlze Yuhanson imzalayıb.

Bununla da BƏƏ Ərəb ölkələri arasında Avropaya getmək üçün viza öhdəliyindən azad olan ilk ölkə olacaq. Razılaşma imzalandığı gündən diplomatik, xüsusi, xidməti və adi pasportları olan BƏƏ vətəndaşları 34 Aİ ölkəsinə vizasız səfər edə və 90 gün, il ərzində isə 180 gün qala biləcəklər.

Süleyman Hamid Əl Mazrui imzalanma gününü BƏƏ və Aİ əlaqələri baxımından tarixi gün adlandırıb.

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!

Digər xəbərlər