Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Belçikalı qız minlərlə insanı İslama dəvət edib

İyul 16
13:31 2014

ANS PRESS-in məlumatına görə, Belçikalı Veronika Kuls gördüyü xeyirxah əməllə dünya mediasının diqqətini çəkib.

Gənc yaşlarında İslamı qəbul edən Veronika ailəsindən başlayaraq, yaxınlarına və dostlarına dini izah edib və 8 il içərisində minlərlə insanın müsəlman olmasına səbəb olub.

25 yaşlı Veronika ailəsi ilə birlikdə “Yeni müsəlman qardaşlar” adlı bir cəmiyyət quraraq Belçikada, eləcə də Avropanın bir çox ölkələrində islamı təbliğ etməyə çalışır, islamı qaralayan və müxtəlif cür pis addımlarla bu dini gözdən salanlara islamın gözəlliklərindən bəhs edir.

 Sələf Xəbər: Uca Allah buyurur: “(İnsanları) Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!”– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?” (Müqəddəs Quran, “Fussilət” surəsi, 33-cü ayə)

Rəvayət olunur ki, Xeybər günü, düşmənlərlə döyüş başlamışdan əvvəl Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Sabah mən bayrağı elə bir kişiyə verəcəyəm ki, Allah onun əli ilə qələbə nəsib edəcək. O, Allahı və Peyğəmbəri sevir, Allah və Peyğəmbər də onu sevirlər.” İnsanlar bütün gecə bayrağın kimə veriləcəyi barədə mübahisə etdilər. Səhər, Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) ilə görüşdükdə, hər bir kəs bayrağın məhz ona qismət olmasını arzulayırdı. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) soruşdu: “Əli ibn Əbu Talib haradadır?”. Xəbər çatdırdılar ki, o gözləri iltihabdan ağrıyır. Əlinin ardınca adam göndərdilər. O gəldi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) öz ağız suyunu onun gözlərinə sürtdü və Allaha onun üçün dua etdi. Əlinin gözləri sanki heç ağrımırmış kimi sağaldı. Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) bayrağı ona verdi və dedi: “Onların ərazilərində ehtiyatla davran. Əvvəlcə (döyüşdən öncə) onları islama dəvət et, onları vacib olan şeylərdən – Allahın haqqından agah et. Bil ki, Allaha and olsun, əgər Allah sənin əlinlə bir nəfəri hidayət etsə, bu sənin üçün qırmızı dəvələrdən daha fəzilətli olar.” (Əl-Buxari).

Digər xəbərlər