Bərzaniyə sonucu zərbə – İraq ordusu hücuma keçir
Oktyabr 24
16:02
2017
989 dəfə baxılıb
İraq ordusu Türkiyə və Suriya sərhədində yerləşən Kürd Muxtariyyətinin nəzarətində olan sərhəd buraxılış məntəqələrini ələ keçirmək üçün Feys Habur bölgəsində peşmərgə qüvvələrinə hücuma hazırlaşır.
Selefxeber.az “Eurasiadiary.com”a istinadən xəbər verir ki, bu barədə “NTV” informasiya yayıb.
Məlumata görə, Suriya ilə sərhəddə toplanan İraq ordusunun hədəfində həmçinin Mosulun şimal-qərbindən keçən neft boru kəməri də var.
Kürd Muxtariyyətinin Təhlükəsizlik Şurası İraq ordusunun son 48 saat ərzində təmas xəttinə yaxın ərazilərə çox sayda ABŞ istehsalı tanklar, zirehli maşınlar və “Hammer”lər cəlb etdiyini bildirib.
Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.” (Müqəddəs Quran, “Əraf” surəsi, 56-cı ayə)