Bəşər Əsəd Moskvaya gəldi
735 dəfə baxılıb
Suriya prezidenti Bəşər Əsəd çərşənbə axşamı Moskvaya gəlib və Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
“Sələf Xəbər”in al-Arabiyaya istinadən məlumatına görə bu deyilənləri Kremlin sözçüsü Dmitriy Peskov təsdiqləyib.
Suriya münaqişəsinin başladığı 2011-ci ildən bəri Bəşər Əsəd heç bir xarici ölkəyə səfər etməmişdir.
Dmitriy Peskov jurnalistlərə bildirib ki, “Suriya Ərəb Respublikasının prezidenti Bəşər Əsəd çərşənbə axşamı günü axşam saatlarında Moskvaya işgüzar səfərə gəlmiş və Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmışdır.”
Peskov çərşənbə günü Əsədin Moskvada olduğu haqda açıqlama verməmişdir. Suriya rəhbərliyi isə Bəşər Əsədin çərşənbə axşamı Suriyaya qayıtması haqda məlumat yaymışdır.
Peskovun sözünə görə Vladimir Putin Suriya hökmumətinə həm siyasi, həm də hərbi yardımını davam etdirəcək, eyni zamanda beynəlxalq arenda problemin siyasi yolla həlli üçün yardım edəcəyini bildirib.
Bəşər Əsəd isə öz növbəsində Vladimir Putinə minnətdarlığını bildirmişdir.
Xatırladaq ki, sentyabrın 30-dan Rusiya Suriyada antiterror əməliyyatlarına başlayıb.