Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Bəzi yəhudilər qızlarını ali təhsildən məhrum edir

Avqust 24
13:27 2016

Nyu-Yorkda ultra-ortodoksal yəhudi icmasında daxili sərəncam təsdiqlənib. Bu sərəncama əsasən, qızlar ali təhsil almayacaqlar, məktəbdə də yalnız ən lazımlı biliklərə yiyələnəcəklər.

Selefxeber.az-ın məlumatına görə Oxu.Az bu barədə Life-a istinadən xəbər verir.

Yerli ravvinlərin fikrincə, təhsil qadınlara mənfi təsir göstərir.

“Biz buna ciddi nəzarət edəcəyik. Bizim məktəblərimizdə təhsil alan qızların sonradan təhsillərini davam etdirmək və elmi dərəcə almaq hüququ yoxdur. Bu qaydalara əməl etməyən qızlar məktəbi dərhal tərk edəcəklər. Bu uşaqların valideynləri də bilməlidirlər ki, bu Tövrata ziddir”, – ravvinlərdən biri deyib.

Sələf Xəbər: İslam dini cəmiyyət üzvlərinin elmli və savadlı olmasının tərəfdarıdır. Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) həyatına baxsaq görərik ki, o peyğəmbərliyinin ilk günlərindən insanları elmə, biliyə dəvət etmişdir. Təbii ki, insana ilk lazım olan bilik əvvəlcə Yaradanı dərk etmək, ona ibadət etməyin yollarını öyrənməkdir. Bundan əlavə ona lazım olan sahədə elmi öyrənməlidir. O həmişə yazıb oxumağa, başqa dil öyrənməyə, döyüş sahəsində elmə yiyələnməyə, idman və tibb sahəsində elm sahibi olmağa dəvət etmiş, özü də bu işlərdə nümunə olmuşdur. Dövrünün xristian və yəhudiləri alimləri öldürdükləri halda, islam alimlərə elmi işlərində dəstək vermişdir.

Digər xəbərlər