Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Bill Qeyts: “Kaş Ərəb dilini biləydim”

Fevral 02
17:45 2015

“Sələf Xəbər” alarabiya.net- ə istinadən xəbər verir ki, dünyanın ən varlısı, məşhur proqramist Bill Qeyts Ərəb dilini öyrənmək istədyini və yalnız İngilis dilini bildiyi üçün peşmançılıq hissi keçirtdiyini bildirib.

O, bunu “Reddit” saytının “AskMeAnything – məndən nə istəyirsən soruş” adlı verilişində qeyd edərək deyib:

“Əcnəbi dili bilmədiyim üçün mən özümün kütbeyin olduğumu hiss edirəm. Orta məktəbdə Latın və Yunan dilindən dərs alarkən əla qiymət almağım mənə bəzi kəlimələri bilməyimə kömək edib. Lakin kaş Fransız, Ərəb yaxud da Çin dilini biləydim”.

2013-cü ildə sərvətinin dəyəri 72.7 milyard dollar olan Bill Qeyts hal-hazırda özünün açdığı xeyriyyə cəmiyyətində xeyriyyəçilik ilə məşğuldur.

 Sələf Xəbər: Uca Allah buyurur: “Biz Quranı ərəbcə nazil etdik ki, onu anlayasınız”. (Quranİ-Kərim, “Zuxruf” surəsi, 3-cü ayə)

“Rəbb, Özünün sonuncu vəhyini bütün dillərdən ən zəngin və ən aydın olan bir dildə nazil etməsinin dəlili olaraq bu andı içmişdir. Bu ona görə edilmişdir ki, insanlar Kitabı anlaya bilsinlər. Allah onun qavranılmasını asanlaşdırmış və qulları üçün əlverişli etmişdir ki, onlar sözləri başa düşsünlər və orada əks olunmuş mənanı anlasınlar.” (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər