Binəli Yıldırım: “Türkiyə-Rusiya əlaqələrini pozmağa gücləri çatmayacaq”
1. 244 dəfə baxılıb
“Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli heç şübhəsiz, iki ölkə arasında münasibətləri pozmağa yönələn alçaq təxribatdır”.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım İstanbulda “Avrasya tüneli”nin açılış mərasimindəki çıxışında deyib.
“Kim nə edirsə-etsin Türkiyə-Rusiya əlaqələri inkişaf edəcək. Onların bunu pozmağa gücü çatmayacaq” – baş nazir vurğulayıb.
O bildirib ki, “Avrasiya tuneli”nin tikintisi ən böyük xəyallarından biri olub: “Bu tunel vasitəsilə Avropa ilə Asiya birləşəcək. 600 ildir Avropa ilə Asiyanı birləşdirən Türkiyəni heç kim diz çökdürə bilməyəcək. Şeytancasına can alanlar Türkiyəni hüquq dövləti olmaqdan çəkindirə bilməyəcəklər. 76 əyalətimizi bir-birinə bağlayan dəmiryolu xəttini təzələyərək, sürətli qatar sisteminə keçmişik. Hava imanlarının sayını iki dəfə artırmışıq. 2018-ci ildə dünyanın ən böyükl hava limanını istismara vercəyik”.
Tunelin açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
Xatırladaq ki, İstanbulun Kumkapı rayonunda tikilən “Avrasya tüneli”nin təməli 2011-ci il fevralın 26-da qoyulub. Bir milyard 245 milyon dollara başa gələn tunel dənizin dibi ilə Kazlıçeşme – Göztepe bölgələrini birləşdirəcək. Tunel və ona bağlı yollarla birlikdə onun uzunluğu 14,6 km-dir. Tunelin uzunluğu isə 1,8 km-dir. Tunel istifadədyə verildikdən sonra 100 dəqiqəyə gedilən yol 15 dəqiqəyə qət ediləcək. Tunellə gediş ödənişlidir. Tunelin istismar müddəti 24 il 5 aydır.