Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Bir daha Peyğəmbər (Allahın ona salavat və salamı olsun) haqqında karikatura çəkməyəcəyəm”

Aprel 30
16:06 2015

Renald Luzier “Charlie Hebdo”dan ayrılıb.

Fransada Məhəmməd Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) təhqir etdikdən sonra hücuma məruz qalan karikatura jurnalı “Charlie Hebdo”nun baş karikaturaçısı Luz kimi tanınan Renald Luzier bir daha Peyğəmbərin karikaturasını çəkməyəcəyini bildirib.

“Sələf Xəbər” Haber7.com-a istinadən xəbər verir ki, Luzier Fransız jurnalına verdiyi müsahibədə hadisədən sonra jurnaldan ayrıldığını və heç bir şey çəkmək istəmədiyini söyləyib.

Həyatının sonuna qədər karikaturaçı olaraq qalmaq istəmədiyini qeyd edən Luzier “Bir daha Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) haqqında karikatura çəkməyəcəyəm, artıq bu məsələlərlə məşğul olmuram” deyib.

Sələf Xəbər: Uca Allah buyurur: “Məhz Allaha və Onun Elçisinə qarşı çıxanlar ən zəlil kimsələr arasında olacaqlar. Allah (əzəldən) belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir”. (Qurani-Kərim, “Mucadilə” surəsi, 20,21-ci ayələr)

Digər xəbərlər