Birləşmiş Ərəb Əmirliklərinə Quranın ən qədim nüsxəsinin elektron variantı hədiyyə edildi
1. 222 dəfə baxılıb
Britaniya kralı Birləşmiş Ərəb Əmirliklərinə Quranın ən qədim nüsxəsinin elektron variantını hədiyyə edib.
Quranın bu nüsxəsi keçən il Berminqham universitetinin kitabxanasında aşkar edilmişdi.
Britaniya KİV-lərinin məlumatına görə Quranın bu nüsxəsi 1370 il öncə yazılmışdır.
Selefxeber.az-ın “Tvasul.info” saytına istinadən məlumatına görə bu nüsxə ötən əsrin iyirminci illərindən universitetin kitabxanasında saxlanılırdı. Qoyun və keçi dərisi üzərində yazılmış bu nüsxə keçən il Oksford universitetində karbon müayinəsindən keçərkən onun dünyada mövcud ən qədim nüsxə olduğu bəlli olmuşdu.
Muhəmməd bin Raşid Ali Məktum müəssisəsinin icraçı direktoru Camal bin Huveyrib bildirib ki, əldə olunan bu nüsxə Əbu Bəkr əs-Siddiqin yazdırdığı nüsxədir.
Bu, Qurani Kərimin nadir nüsxəsi nin Britaniyadan kənara çıxarıldığı ilk haldır. Bu, iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin inkişafı fonunda atılan addım hesab olunur.