BMT: 2016-cı ildə Suriyada rekord sayda uşaq həlak olub
1. 078 dəfə baxılıb
BMT-nin Uşaq Fondunun (YUNİSEF) məlumatına görə, 2016-cı ildə Suriyadakı hərbi konfliktdə rekord sayda uşaq həlak olub.
Selefxeber.az-ın məlumatına görə, “Report” “Gazeta.ru”ya istinadən xəbər verir ki, ötən il bu ölkədə 650 azyaşlının öldürüldüyü açıqlanıb.
Bundan əlavə, Suriyada müxtəlif xəstəliklər səbəbindən daha bir neçə yüz uşaq dünyasını dəyişib. Məlumatda qeyd olunur ki, azyaşlılar zəruri dərmanlarla və tibbi yardımla təchiz olunsaydı, onlar yaşaya bilərdi.
YUNİSEF-dən əlavə ediblər ki, 2016-cı ildə azı 851 uşaq silahlı qruplaşmaların tərəfində hərbi əməliyyatlarda iştirak etməyə məcbur olub. Bu rəqəm 2015-ci illə müqayisədə 2 dəfə çoxdur
Keçən ilin noyabrında bildirilirdi ki, Suriyada mühasirə şəraitində yaşayan uşaqların sayı bir il ərzində ikiqat artıb və 500 minə çatıb.
Sələf Xəbər: Uca Allah bizə zülm etməyi qadağan etmiş və zülmün cəzasının ağır olduğunu bildirmişdir. “Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!” (Ənam surəsi: 93).
Səhih hədisdə isə zülmə məruz qalmış məzlumun duasının mütləq qəbul olunması deyilir. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Üç dua vardır ki, onlar qəbul olunar – məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua”. (Buxari rəvayət etmişdir).