Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

BMT: 3 milyondan artıq suriyalı ölkədən didərgin düşüb

Avqust 30
18:00 2014

“Sələf Xəbər” BBC Azərbaycanca-ya istinadən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Suriyadakı vəziyyətlə bağlı yaydığı məlumatı təqdim edir.

BMT bildirib ki, 2011-ci ilin martından davam edən hərbi münaqişə nəticəsində 3 milyondan artıq insan Suriyanı tərk edib. UNHCR, ölkədəki vəziyyəti “eramızın ən böyük humanitar böhranı” kimi təsvir edib.

Ali Komissarlığın məlumatına əsasən münaqişə nəticəsində suriyalıların az qala yarısı evlərini tərk etməli olub. Qaçqınların əksər hissəsi qonşu ölkələrdə sığınacaq tapıb. Son aylar ərzində “İslam Dövləti” terror qruplaşmasının irəliləməsi vəziyyəti daha da çətinləşdirib, indi suriyalıların çoxu münaqişə zonasından çıxa bilmir.

UNHCR açıqladığı məlumata əsasən, Suriya qaçqınlarının ölkələr üzrə sayı aşağıdakı kimidir:
Livan – 1,175,504 nəfər
Türkiyə – 832,508 nəfər
İordaniya – 613,252 nəfər
İraq – 215,369 nəfər
Misir – 139,090 nəfər
Şimali Afrika – 23,367 nəfər.
Suriya daxilində 6,5 milyon məcburi köçkün yaşayır.

“Suriya böhranına comərd reaksiya verilsə də, acı həqiqət ondan ibarətdir ki, edilən yardımlar ehtiyacdan qat-qat aşağıdır”, Qaçqınların işi üzrə BMT-nin Ali Komissarı Antonio Guterres deyib.

BMT bildirir ki, 3 ildir davam edən vətəndaş müharibəsində ölənlərin sayı 190 mini keçib.

Digər xəbərlər