BMT Baş katibi: “İŞİD-ə qoşulanlar durmadan çoxalır”
738 dəfə baxılıb
“Ötən il yayın ortasından bu ilin mart ayınadək İŞİD və digər terror xəvaric qruplaşmalarının tərkibində döyüşən əcnəbi terrorçuların sayı 70% artıb”.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bunu BMT Baş katibi Pan Gi Mun BMT Təhlükəsizlik Şurasının iclasında deyib.
O bildirib ki, Suriya, İraq, Əfqanıstan, Yəmən və Liviyaya dünyanın 100 ölkəsindən 25 mindən çox terrorçu gedib: “Bunlar münaqişə zamanı “cəbhə xətləri”ndə terrorçuların potensialını möhkəmləndirirlər. Eyni zamanda onlar gəldikləri və qayıdacaqları ölkələr üçün ciddi təhlükə mənbəyidir. Heç bir ölkə bu problemi təkbaşına həll edə bilməz. BMT-yə üzv dövlətlər əməkdaşlığı möhkəmləndirməli, informasiya mübadiləsi aparmalı, sərhəd nəzarəti ilə bağlı güclü mexanizm hazırlamalı, habelə insan haqlarının müdafiəsi və hüquq normaları əsasında ədliyyə sistemini gücləndirməlidir”.
Pan Gi Mun bildirib ki, son vaxtlar İŞİD terror xəvaric qruplaşması sıralarına gənc qadınlar və qızlar da qoşulur.
Baş katib qeyd edib ki, bu il Baş Assambleyaya hərbi ekstremizmin qarşısının alınması ilə bağlı Fəaliyyət Planını təqdim edəcək.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)