BMT baş katibi Pan Qi Munun Şimali Koreyaya girişinə qadağa qoyulub
726 dəfə baxılıb
Koreya Xalq Demokratik Respublikasının rəhbərliyi BMT baş katibi Pan Qi Munun “Keson” sənaye zonasına səfərinə qadağa qoyub.
“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, bu barədə Pan Qi Mun özü Seulda çıxışı zamanı bildirib.
“Bu gün səhər saatlarında KXDR rəhbərliyi diplomatik kanalların vasitəsilə mənim Kesona daxil olmağım üçün əvvəl verilən icazənin geri götürülməsi barədə bizi məlumatlandırıb. Bunun səbəbləri bizə məlum deyil”, deyə BMT baş katibi bildirib.
Qeyd edək ki, Seul və Pxenyan tərəfindən razılaşdırılmış səfər mayın 21-nə planlaşdırılmışdı.
Bundan əvvəl BMT baş katibinin Şimali Koreyaya sonuncu səfəri 20 il əvvəl, 1993-cü ildə Butros Butros Qali tərəfindən həyata keçirilib.
Sələf Xəbər: Qeyd etmək vacibdir ki, tam və mütləq hakimiyyət Tək Allaha məxsusdur, xalqa deyil. Uca Allah buyurur: “Məgər bilmirsən ki, göylərin və yerin hökmranlığı Allaha məxsusdur?” (Müqəddəs Quran, “Maidə” surəsi, 40-cı ayə).
İslam insanlara yol hərəkəti qaydaları, əhalinin təhlükəsizliyini və rahatlığını tənzimləyən və qoruyan müxtəlif qanunları və qaydaları yaratmağı və müəyyən etməyi icazə verir. Lakin insanların icad etdiyi bütün qanunlar Uca Allahın qoyduğu qanunlara zidd olmamalıdır.
İnsanların əksəriyyətinin fikrinə gəlincə isə, bu fikir Allahın qanunlarına zidd olduğu təqdirdə, o düzgünlüyün və ya yanlışlığın meyarı ola bilməz. İstənilən qanunlar Yaradanın Quran və Sünnənin müqəddəs mətnlərində toplanan qərarlarına əsaslanmalıdır (və ya onlara zidd olmamalıdır).