Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

BMT Dünyada aclıqdan əziyyət çəkənlərin sayını açıqladı

May 29
13:19 2015

Birləşmiş Millətlər Təşkilatının (BMT) ərzaq və kənd təsərrüfatı təşkilatı FAO, dünyadakı ac insan sayının 800 milyondan 795 milyona düşdüyünü açıqlayıb.

“Sələf Xəbər” Azvision.az-a istinadən bildirir ki, BMT-nin hesablamalarına əsasən, bu gün dünyada hər doqquz insandan biri aclıqdan əziyyət çəkir. Bu isə 195 milyonun ac qaldığı deməkdir. Hesabatda bu ədədin 1990-92-ci illərdə 216 milyon daha aşağı olduğu bildirilib.

Qeyd edək ki, təbii fəlakətlər, aviaqəzalar, siyasi mübarizələr və daxili qarşıdurmalar səbəbilə 24 Afrika ölkəsinin 1990-cı ildən bəri iki qat qida böhranı ilə üz-üzə qaldığı səsləndirilib.
BMT-nin qənaətinə görə dünyada 9 insandan biri aclıqdan əziyyət çəkir

Sələf Xəbər: Uca Allah buyurur: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfin-dən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 155-157-ci ayələr)

“Uca Allah bildirir ki, Onun qulları mütləq sınaqlara məruz qalacaqlar və bunun sayəsində doğruçu insanlar yalançılardan, səbirsizlər isə səbirlilərdən fərqlənəcəklər. Uca Allah qulları ilə həmişə belə davranır, çünki möminlər uzun müddət imtahana çəkilmədikdə, onlara yalançılar qoşulmağa başlayır ki, bu da xoşagəlməz nəticələrə aparır. Bax buna görə Allahın müdrikliyi tələb edir ki, iman sahibləri yaramazlardan ayrılsınlar və sınaqların böyük faydası da elə bundadır. Sınaqlar möminlərin imanına xələl gətirmir və əsil müsəlmanları onların dinindən döndərmir və bununla Allah möminlərin imanının yox olmasına heç vaxt imkan vermir. Biz öz həyatımız və öz var-dövlətimiz üzərində hakimiyyətə malik deyilik və Allah bizi sağlamlıqdan və ya malımızın bir hissəsindən məhrum edərsə, bilmək lazımdır ki, Mərhəmətli Rəbbimiz Öz qulları və Öz mülkü üzərində istədiyi kimi sərəncam vermək haqqına malikdir. Biz buna qarşı ola bilmərik. Bundan başqa, Allahın əsil qulu bilməlidir ki, bütün müsibətlər Müdrik Hökmdarın iradəsi ilə baş verir. O, insanlara onların özlərindən daha çox şəfqətli və Rəhmlidir. Buna görə biz taleyimizlə razılaşmalı və Allaha, Onun təyin etdiyi, hətta insan başa düşmədiyi halda, ona fayda gətirən qədərinə görə, həmd etməliyik. Allahın qulları olaraq biz mütləq Qiyamət günü öz Rəbbimizə dönəcəyik və onda hər bir insan öz əməllərinin əvəzini alacaq. Əgər biz Allahın mükafatına ümid bəsləyərək səbirlilik göstərsək, onun əvəzini tam alarıq. Yox, əgər biz qəzəblənsək və taleyimizdən şikayət etsək, onda bu mükafatdan məhrum olarıq və bizə öz hiddətimizdən başqa heç nə qalmaz. Bizim, Allaha məxsus olan və hökmən Ona qayıdacaq, qulların vəziyyəti bizdən dözümlü və səbirli olmağı tələb edir”. (Bax: “Təfsir Əs-Saadi”).”.

Digər xəbərlər