BMT düşərgəsinə hücum edilib – 18 ölü, 36 yaralı var
Fevral 19
17:45
2016
652 dəfə baxılıb
Cənubi Sudanın Malakal şəhərində məcburi köçkünlər üçün BMT tərəfindən yaradılan düşərgəyə silahlı hücum nəticəsində 18 nəfər ölüb.
“Sələf Xəbər”in Lent.az-a istinadən verdiyi xəbərə görə, bu barədə “Sərhədsiz həkimlər” (MSF) beynəlxalq təşkilatından bildirilib.
“Hücum nəticəsində azı 18 nəfər ölüb, onlardan ikisi MSF əməkdaşlarıdır. Xəstəxanalara daha 36 yaralı çatdırılıb”, – deyə təşkilatın məlumatında bildirilir.
Məlumata görə, hücumdan əvvəl yerli “Dinka” və “Şilluk” tayfaları arasında toqquşmalar baş verib.
Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)