BMT “İŞİD”-in yanacaq mənbələrini bombaladı
894 dəfə baxılıb
“Sələf Xəbər”-in skynewsarabia.com-a istinadən məlumatına görə, ABŞ Daxili İşlər Nazirliyi BMT qüvvələrinin Suriyadakı “İŞİD” terror xəvaric qruplaşmasının mövqelərinə havadan hücum etməsi barədə məlumat yayıb. Bu dəfə terror qruplaşmasının ələ keçirdiyi neft quyuları hədəfə seçilib.
Pentaqonun adından çıxış edən Con Keri bəyan edib ki, Amerika ordusu Ərəb müttəfiqləri ilə birgə Suriyada olan “İŞİD” terrorçularına qarşı yeni zərbələr endirməkdədir.
Şəxsiyyətinin açıqlanmasını istəməyən digər bir Amerikalı məsul şəxs qeyd edib ki, radikal döyüşçülərin maliyyələşmə mənbəyi olan neft quyuları növbəti hədəflərin içində olub. Pentaqon səlahiyyətliləri Səudiyyə və BƏƏ-nin döyüş təyyarələrinin də son hava zərbələrində iştirak etdiyi dilə gətirib.
ABŞ-ın silahlı qüvvələrinin Mərkəzi komandanlığı “İŞİD” terror xəvaric qruplaşmasının nəzarətində olan 12 neftayırma zavoduna 13 zərbənin vurulduğunu xəbər verib. Daha bir zərbə ilə qruplaşmanın miniyi darmadağın olub. “Zavodlara vurulan zərbələrin
nəticələrinin qiymətləndirilməsini davam edirik. Əlimizdə olan ilkin sübutlara görə, zərbələr müvəffəqiyyətli olub”, – Mərkəzi komandanlığın bəyanatında qeyd olunur.
Amerika ordusu bildirir ki, bu zavodlar terror xəvaric qruplaşmasına milyonlarla dollar qazandırır və döyüş əməliyyatları üçün yanacaq resursu idi. Ordunun məlumatına əlavə edilib ki, bu kiçik həcmli zavodlar “İŞİD” terror xəvaric qruplaşmasının əməliyyatları üçün yanacaq və pul mənbəyi olub, bununla da İraq və Suriyada davam edən hücumlar maliyyələşdirilib və gələcək əməliyyatlarda da maliyyə qaynağı olacaqdı. “İŞİD” terror xəvaric qruplaşmasının satdığı xam və hazır neftin həcmi məlum deyil.
ABŞ-nın Enerji İnformasiyası İdarəsinin rəhbəri Adam Siminski qənaətinə görə, terror qruplaşması gündəlik 100 min bareldən az xam neft istehsal edir, onun qiyməti isə beynəlxalq enerji bazarında 9,6 milyon dollara çatır. Qruplaşmanın həyata keçirdiyi idxal üzrə hesablamalar isə bundan daha kiçik rəqəmlərlə ifadə olunur.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürülüldüyü kimi öldürərdim.” (Əl-Buxari).