Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

BMT İsraili əxlaqı dəyərləri təhqirdə ittiham etdi

Avqust 04
19:40 2014

ANSPRESS xəbər verir ki, BMT-nin baş katibi Ban Ki Mun İsrailin Qəzzada BMT-nin məktəbinə hücumunu pisləyib.

“Son bir həftədə İsrail hərbi qüvvələrinin Birləşmiş Millətlər Təşkilatına məxsus məktəblərə ikinci dəfə hücum etməsi əxlaqı dəyərlərin təhqiri və cinayət aktıdır”- baş katib bəyanatla çıxış edib.

Ban Ki Mun hücuma görə məsuliyyət daşıyan şəxslərin beynəlxalq qanunları kobud şəkildə pozduğunu və buna görə ədalət qarşısında cavab verməli olduğunu deyib.

Xatırladaq ki, Rəfah rayonuna edilən hücum nəticəsində 10 nəfər ölmüş, 30 nəfər yaralanmışdı. Ölənlər arasında azyaşlı uşaqlar da var. Şahidlər hücum zamanı insanların ərzaq növbəsində olduqlarını deyib.

İsrailin təcavüzündən qaçan insanların sığınacaq kimi istifadə etdiyi məktəbləri təsadüfən vurması isə, qeyri-mümkündür. BMT rəsmiləri məruzə edib ki, İsrail hərbisinə məktəblərin dəqiq koordinatları barədə dəfələrlə xəbərdarlıq edilib.

“Onlar bu sığınacaqların hansı məntəqələrdə yerləşdiyini bilirlər. Bu cür hücumlar necə davam edə bilər?! Heç bir fikrim yoxdur. Söz tapmıram” – deyə BMT-nin Fələstinli qaçqınlarla iş üzrə agentliyinin rəsmisi Robert Törner qeyd edib.

Hazırda Qəzza zolağında döyüşlər davam edir. Bir aya yaxın davam edən qarşıdurmalarda Fələstin tərəfindən ölənlərin sayı 1800-ə çatıb. Yüzlərlə insan yaralanıb. İsrail isə, indiyə qədər 64 əsgər və 3 mülki vətəndaş itirib.

 Sələf Xəbər: Uca Allah buyurur: “Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir.” (Müqəddəs Quran, “Nur” surəsi, 55-ci ayə).

“Hər dəfə müsəlmanlar imana və saleh əməllərə müraciət etdikdə, onlar Allahın vədinin yerinə yetirilməsinin şahidi olurlar. Bu, Qiyamət qopana qədər də belə olacaqdır! Lakin müsəlmanlar dinə və saleh əməllərə etinasızlıq göstərdikdə, Allah kafirlərə və münafiqlərə müsəlmanlar üzərində bir müddət üstün olmağa və hökmranlıq etməyə imkan verir.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər