BMT-nin erməni eksperti Azərbaycanla bağlı etiraf etdi
806 dəfə baxılıb
Rusiya iqtisadiyyatının artım tempinin azalması artıq postsovet ölkələrinin çoxuna təsir edib.
“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, bunu BMT-nin radiosuna müsahibəsində qurumun iqtisadiyyat və sosial məsələlər üzrə departamentinin eksperti Qriqor Aqabekyan bildirib.
“Bütün MDB ölkələri, habelə Baltikyanı ölkələr müəyyən dərəcədə Rusiya iqtisadiyyatından asılıdır. Rusiya iqtisadiyyatının artım tempindəki durğunluq bir sıra ölkələrə öz təsirini göstərib”, – deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, enerji resurslarının istehsalçısı olan MDB ölkələri, məsələn, “Azərbaycan və Qazaxıstan kimi dövlətlər daha əlverişli vəziyyətdədirlər”.
Q. Aqabekyan hesab edir ki, Rusiyadakı əmək mühacirlərinin artıq öz vətənlərinə qayıtdıqları müşahidə edilir. “Misal üçün Rusiya əmək bazarında özlərinə hər hansı imkan tapa bilməyən bəzi Orta Asiya ölkələrinin sakinləri geri qayıdırlar ki, bu da onların ölkələrinin əmək bazarında müəyyən gərginlik yaradır. Çünki orada da imkanlar məhdudlaşdırılıb və hətta müəyyən sosial qeyri-sabitliyə də gətirib çıxara bilər”, – deyə ekspert bildirib.
“Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir.”
Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə