BMT-nin humanitar karvanı Suriyada atəşə tutulub: Ölənlər var – VİDEO
959 dəfə baxılıb
Avtomobil karvanına hücumun qəsdən edildiyi təsdiqlənərsə, bu, hərbi cinayət sayılacaq.
Suriyanın Hələb şəhərinə humanitar yardım aparan avtomobil karvanının atəşə tutulması nəticəsində çoxlu sayda ölənlər və yaralananlar var.
Selefxeber.az-ın məlumatına görə Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Stiven O`Brayen bildirib.
Onun sözlərinə görə, avtomobil karvanına hücumun qəsdən edildiyi təsdiqlənərsə, bu, hərbi cinayət sayılacaq.
“Suriyanın Hələb şəhərinə humanitar yardım aparan avtomobil karvanının atəşə tutulması dəhşətdir. İlkin məlumata görə, Aypara Cəmiyyətindən olan könüllülər də daxil olmaqla çoxlu sayda adam ölüb və yaralanıb”, – O`Brayenin yazılı bəyanatında deyilir.
Daha öncə hücum nəticəsində 12 nəfərin öldüyü bilidirilib. Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrikin sözlərinə görə, BMT-də hücumun nəticəsini müəyyənləşdirə bilərlər, amma “müxtəlif mənbələr” şəhərdə bazar ertəsi artilleriya silahlarından atəş açıldığı barədə məlumat yayıb.