BMT Qəzzadakı obyektlərinə toxunulmazlıq zəmanəti tələb edir
971 dəfə baxılıb
“Fələstin İnformasiya Mərkəzi” xəbər verir ki, BMT-nin Fələstinlilərə yardım və işlərin təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) komissarı Pyer Krexenbul Qəzzadakı son bombalanma hadisəsi ilə bağlı bəyanatla çıxış edib:
“Qəzzadakı insanların qaçmağa yeri yoxdur. Əməliyyatlar başladıqda, onlar sərhədi keçib ölkəni tərk edə bilmirlər.
Biz də düşünürdük ki, bizim məktəblərimiz onlar üçün təhlükəsiz sığınacaq ola biləcək, çünki bu binaların toxunulmazlığını qorumağa bütün tərəflər borcludur. Lakin bunun əksi baş verirsə, bu qəbuledilməzdir, dünya da bu
haqda bilməlidir”.
Xatırladaq ki, iyulun 27-də səhər Cəbəliyyə qaçqın düşərgəsində BMT-ın missiyasının məktəbi İsrail tərəfindən havadan vurub. Dağıntılar altından 23 insanın cəsədini çıxarmaq mümkün olub, yüzdən çox insan yaralanıb.
“Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt (gələcək)?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır.”(Müqəddəs Quran, “Bəqərə” surəsi, 214-cü ayə)