BMT: Rakkada vəziyyət pisləşib
2. 138 dəfə baxılıb
Son ay ərzində Suriyanın Rakka şəhərində vəziyyət pisləşib.
Selefxeber.az xəbər verir ki, “APA”nın məlumatına görə, bu barədə BMT baş katibi Antoniu Quterreşin Təhlükəsizlik Şurasına göndərdiyi məruzədə bildirilir.
“Şəhərdə vəziyyət son dərəcə ağırdır. Hava zərbələri və quru əməliyyatları nəticəsində mülki vətəndaşlar həlak olmaqda davam edir. İyun ayında Rakkada 173 nəfər həyatını itirib. Hazırda silahlıların nəzarəti altında olan ərazilərdə 30-50 min dinc insan qalmaqdadır ”, Quterreş yazıb.
Qeyd edək ki, Rakka şəhəri 2013-cü ildən terrorçuların nəzarətindədir. İŞİD terror qruplaşması şəhəri “paytaxt” elan edib. 2016-cı ildə ABŞ rəhbərliyi altında beynəlxalq koalisiya şəhərin azad edilməsi üçün əməliyyata başlayıb.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”