BMT Təhlükəsizlik Şurası təcili toplanır – Həyəcan
Avqust 29
15:26
2017
944 dəfə baxılıb
BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın Yaponiya istiqamətində daha bir raket buraxması səbəbindən bu gün təcili şəkildə toplanır.
Selefxeber.az-ın “Eurasiadiary.com”a istinadən məlumatına görə, təcili iclasın keçirilməsi tələbi ilə ABŞ, Yaponiya və Cənubi Koreya çıxış ediblər. Yaponiya və ABŞ liderləri arasında keçirilən təcili telefon danışığında Pxenyana qarşı təzyiqlərin artırılması və bu sahədə Çin, Rusiya kimi ölkələrlə əməkdaşlığı genişləndirmək məsələləri müzakirə olunub.
Qeyd edək ki, bir qədər əvvəl Şimali Koreyanın Yaponiya istiqamətində növbəti raketi buraxması xəbəri yayılmışdı.