BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək
Dekabr 07
17:13
2017
1. 004 dəfə baxılıb
ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı son bəyanatları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasında təcili iclas keçiriləcək.
Selefxeber.az-ın “APA”ya istinadən məlumatına görə, “İnterfaks” agentliyi xəbər verir ki, bu barədə BMT-nin mənzil qərargahındakı diplomatik mənbə bildirib.
Məlumata əsasən, Trampın Qüdsün statusu ilə bağlı bəyanatı ilə əlaqədar 8 ölkə – Böyük Britaniya, Boliviya, Misir, İtaliya, Seneqal, Uruqvay, Fransa və İsveç təcili iclas keçirilməsi təşəbbüsü ilə çıxış edib.
İclasın dekabrın 9-da keçiriləcəyi planlaşdırılır.
Sələf Xəbər: Uca Allah buyurur: “Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir” (Müqəddəs Quran, “İsra” surəsi, 1-ci ayə).