BMT TŞ terrorçuluğun maliyyələşdirilməsinə qarşı qətnamə qəbul edib
664 dəfə baxılıb
BMT Təhlükəsizlik Şurası terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizəyə dair qətnamə qəbul edib.
“Sələf Xəbər”in Aznews.az-a istinadən verdiyi xəbərə görə, qətnamə əsasən, bütün ölkələr İŞİD, “Əl Qaidə” terror qruplaşmalarının, onlarla əlaqəli olan şəxslərin, qrupların, müəssisələrin və təşkilatların maliyyələşdirilməsinin və hər-hansı digər dəstək göstərilməsinin qarşısını almalıdırlar.
İcrası mütləq olan sənəd qeyd olunan şəxslərin vəsaitlərinin və maliyyə aktivlərinin dərhal dondurulmasını, onlara birbaşa və ya dolayısilə silah tədarükünə yol verilməməsini, şəxslərə və təşkilatlara ünvanlanan vəsaitlərin, digər maliyyə aktivlərin və iqtisadi resursların axınının qarşısını almaq üçün ciddi və qətiyyətli tədbirlərin görülməsini tələb edir.
Qeyd olunur ki, İŞİD terror xəvaric qruplaşmasına dəstək verən şəxslər və təşkilatlar sanksiya siyahısına daxil ediləcəklər.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)