Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

BMT vətəndaşsızlığa son qoymaq niyyətindədir

Noyabr 05
17:53 2014

“Sələf Xəbər”-in EXO-ya istinadən məlumatına görə, Birləşmiş Millətlər Təşkilatı (BMT) vətəndaşlığı olmayan 10 milyon insanın onu yaxın on ildə almağına nail olmaq niyyətindədir. Bu barədə məlumat BMT Radio tərəfindən yayılıb.

BMT-nin Qaçqınların İşləri üzrə İdarəsinin başçısı Antonio Quterrişin fikrincə, vətəndaşlığı olmayan insanlar hüquqi cəhətdən mövcud deyillər.

“Onların, şəxsiyyətlərini təsdiqləyəcək hər hansı vəsiqələri yoxdur. Səhiyyə və təhsil sahələri onlar üçün əlçatmazdır, hüquqi müdafiələri isə heç bir şəkildə təmin olunmur. XXI-ci əsrdə bu cür hallar anomaliyadır və qəbuledilməzdir”, Quterriş hesab edir.

BBC korporasiyasının müxbiri İmocen Fluksun sözlərinə görə, insanların vətəndaşlıqlarını itirmə səbəbləri müxtəlifdir. Belə ki, qaçqın düşərgələrində doğulan uşaqların nə doğulduqları ölkənin, nə də valideynlərinin əslən olduğu dövlətin vətəndaşlığını almaq hüququ olmur.Bundan başqa dünyanın 27 ölkəsində qadınlar öz vətəndaşlığını övladlarına verə bilmir.

Qaçqınların hüquqları sahəsində əsas götürülmüş sənədlər – “Apatridlərin statusu haqqında” BMT-nin 1954-cü il Konvensiyası və “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” BMT-nin 1961-ci il Konvensiyasıdır. Lakin, BBC korporasiyasında hesab edirlər ki, bu sənədlər qəbul edildiyi dövrdən bu yana adıçəkilən məsələdə əhəmiyyətli irəliləyişlərə nail olunmayıb.

 Sələf Xəbər: Şeyx İbn Cibrin (Allah ona rəhmət etsin) dedi: “Qeyri-müsəlmanların ölkəsində vətəndaşlıq axtarmaq zərurəti olan kimsə, məsələn, öz ölkəsində təqib edilən və sığınacağı olmayan bir kəs üçün bu (vətəndaşlığın qəbul edilməsi) icazəlidir, bir şərtlə ki, o dini ayinləri yerinə yetirməyə qadir olduğu halda öz dinini açıq şəkildə etiqad edəcəkdir. Dünyəvi düşüncələrlə vətəndaşlığın qəbul edilməsinə gəlincə isə, mən bunu caiz hesab etmirəm. Allah daha yaxşı bilir”. (“Fatava İbn Cibrin” No. 13363)

Digər xəbərlər