Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

BMT: Yaraqlıların İraqda şəhərləri tutması faciədir

Avqust 06
18:54 2014

“BBC Azərbaycanca” xəbər verir ki, BMT, İraqın şimalında bir sıra şəhərinin yaraqlıların nəzarətinə keçməsi nəticəsində 200 000 adamın evlərini tərk etməyə məcbur olduğunu bildirib.

Xəbərlərə görə, indiyədək İŞİD yaraqlıları Suriya yaxınlığında Sinjar şəhərini ələ keçiriblər.

Sinjardan əvvəl İŞİD Zumar şəhərini və yaxınlıqda yerləşən 2 neft yatağını zəbt etmişdi. İraqda BMT xüsusi elçisi Nikolay Mladenov “Sinjar şəhərində humanitar faciənin başladığını” bildirib.

“BMT mülki əhalinin fiziki təhlükəsizliyi ilə bağlı narahatlıq keçirir”, səfir deyib.

Güman edilir ki, Sinjarı tərk edənlər İraqın şimalında İŞİD-in bundan əvvəl keçirdiyi hücumlarından qaçan mülki əhalidir. Şəhərdə İ İŞİD -in kafir saydığı “kürd yezidlərinin” böyük icmasının yaşadığı bildirilir.

Xəbərlərə görə, şəhərdə iki yezid məbədi dağıdılıb.

“Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər.”

(Müqəddəs Quran, “Bəqərə” surəsi, 11-ci ayə)

Digər xəbərlər