Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Boko Haram” terror qruplaşmasının başçısı öldürüldü

Sentyabr 25
19:18 2014

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, dünən Nigeriya Silahlı Qüvvələri “Boko Haram” terror qruplaşmasının başçısı Əbubəkr Şekainin öldürüldüyünü bəyan edib.

Qeyd edək ki, onun rəhbərliyi altında ekstremistlər uzun illər hökumətə qarşı mübarizə aparıblar. Avqustun 24-də isə “Boko Haram” terror qruplaşmasının lideri Əbubəkr Şekai Quoza şəhərində “İslam Dövləti”nin yaradıldığını elan etmişdi.

Xatırladaq ki, “Boko Haram” terror qruplaşması Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. 2013-cü ilin mayında Nigeriyanın prezidenti Qudlak Conatan ölkənin bir neçə ştatında fövqəladə vəziyyət elan edərək “Boka Haram” terror qruplaşmasına qarşı hərbi əməliyyatın başlanmasını bəyan edib.

 Sələf Xəbər: Məşhur islam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir” (“əl-İrhab” 24).

Digər xəbərlər