Bolqarıstanda Əziziyə məscidi yanıb
Fevral 21
18:58
2015
782 dəfə baxılıb
Yanğının səbəbi hələ ki dəqiq bilinmir.
“Sələf Xəbər”in “A24.az”-a istinadən xəbərinə görə, Bolqarıstanın Varna şəhərindəki Əziziyə məscidində baş verən yanğın əraziyə xeyli ziyan vurub. Varna yerli Fövqəladə Hallar İdarəsinin müdiri Tixomir Totevin verdiyi məlumata görə, yanğın xəbəri 05:00-da verilib. Hadisə yerinə gələn iki xilasetmə qrupu, qızdırıcı hissəsindəki yanğını qısa müddətdə söndürüb.
Məscidin 350 kvadrat metrlik damının 10 kvadrat metrlik hissəsi ilə odun anbarı yanıb. İlkin məlumata görə, yanğının qəza nəticəsində baş verdiyi ehtimal edilir. Osmanlı dövründən qalan və Varnada indiyə kimi qalan iki məsciddən biri olan Əziziyə məscidinin 1869-ci ildə inşa edildiyi güman edilir.
Sələf Xəbər: Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələrinin məşhur tələbəsi Həsən əl-Basri (Allah ona rəhmət etsin) demişdir: “Müsəlmanlar unutmamalıdır ki, məscidlər heç vaxt beş faydalı xüsusiyyətdən məhrum olmaz. Birinci – Uca Allahın insanın keçmiş günahlarını bağışlaması, ikinci – Allah rizası üçün sevəcəyin mömin bir insanla tanışlıq, üçüncü – qonşularla ünsiyyət və ətrafındakılardan kimin xəstə, kimin kasıb olduğunu öyrənmək imkanı, dördüncü – göz və qulağın haramdan çəkindirilməsi, beşinci isə – insanı doğru yola yönəldəcək ayələrin məsciddə eşidilməsi”. (“Cümə xütbələrinin toplusu”)