Bolqarıstanda məscidə həqarət etdilər
Mart 05
23:00
2015
757 dəfə baxılıb
Bolqarıstanın Blaqoevqrad şəhərindəki məscidin girişinə donuz ayaqları ilə qanlı ürəklər qoyulub.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, Bolqar mediası bunu təxribat kimi qiymətləndirib. Media hadisənin Bolqarıstanın Osmanlıdan ayrılaraq müstəqilliyini elan etməsinin 137-ci ilinin qeyd olunduğu gündə reallaşdırılmasına diqqət çəkib. Gecə yarısı baş verən hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.
Qeyd edək ki, keçən həftə Blaqoevqrad bölgəsində yaşayan müsəlmanlar son dövrdə bölgədə İslam dininə qarşı hücumlara etiraz etmək məqsədi ilə “Gotz Delçev”də yürüş təşkil edib. Yürüşə qatılan müsəlmanlar “Ayrıseçkiliyə, islamofobiyaya yox” şüarı ilə sülhməramlı çağırışlar ediblər.
Sələf Xəbər: Uca Allah İslamı alçaltmağa çalışanlar barəsində buyurur: “Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır”. (Qurani-Kərim, “Əhzab” surəsi, 57-ci ayə)