Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Boşanmaların ən əsas səbəblərindən biri WhatsApp-dır!

Noyabr 14
15:18 2014

“Sələf Xəbər” t24.com.tr saytına istinadən xəbər verir ki, İtaliyada dərc edilən son hesabata əsasən, WhatsApp mesajları (ismarıcları) boşanmaların ən mühüm dəlilləri arasında yer alıb.

Sürətli söhbət etmə imkanı ilə diqqət çəkən tətbiq, cütlüklərin ayrılmasında böyük rol oynamağa başlayıb.

Boşanmaların 40%-nə səbəb WhatsApp-dır

İtaliya Ailə Vəkilləri Birliyi tərəfindən açıqlanan son məlumatlara əsasən, boşanmaların təqribən 40%-də WhatsApp mesajları dəlil olaraq göstərilir.

WhatsApp-la başlayır, Facebook-la davam edir

İctimaiyyət adından danışan sədr Sian Ettore sosial mətbuatdan istifadənin artmasının cütlüklərin münasibətlərinə zərər yetirdiyini və bu zərərin vaxt keçdikcə çoxaldığını dilə gətirir. İlk əvvəl qısa mesajla başlayan xəyanətin daha sonra Facebook vasitəsilə həyata keçirildiyini ifadə edən Ettore, müasir dövrdə yeni trendin WhatsApp olduğunu bildirib.

 Sələf Xəbər: Uca Allah buyurur: “Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun.” (Müqəddəs Quran, “Nisa” surəsi, 19-cu ayə).

“Allah ərlərə öz arvadları ilə ləyaqətlə dolanmağı əmr edir və bu hökm bütün yaxşı sözlərə və ləyaqətli əməllərə aid edilir. Buna görə ərlər öz arvadları ilə yaxşı davranmalı, onlara əziyyət verməməli, onlara yaxşılıq etməli, onlarla özünü xoşrəftar aparmalıdır. Bura həm də onlar üçün geyim almaq və digər ehtiyacları üçün maddi vəsait sərf etmək daxildir, özü də hər bir kişi arvadlarını öz vəziyyətinə və arvadlarının vəziyyətinə uyğun, yaşadıqları dövrün və ölkənin adət-ənənələrinə müvafiq olan tərzdə təmin etməlidir. Şübhəsiz ki, bu vəzifələr çoxsaylı şərtlərdən asılıdır.

Daha sonra Allah ərlərə müraciət edərək bildirir ki, ərlər arvadlarını, hətta onlardan xoşları gəlməsə belə, öz yanlarında saxlamalıdırlar, çünki bunda onlar üçün böyük xeyir vardır. Bu xeyir insanın Allaha itaət etməsi və Onun nəsihətlərini qəbul etməsi ilə bağlıdır ki, bu da öz növbəsində, həm bu dünya və həm də ölümdən sonrakı Axirət həyatında xoşbəxtliyin rəhnidir. Bu xeyir həm də onunla bağlıdır ki, insan, arvadını sevməməsinə baxmayaraq, ailəsini saxlamağa çalışdıqda, öz hisslərini cilovladıqda, gözəl əxlaqi keyfiyyətlərə nail olur. Zaman ötüşdükcə onun arvadına qarşı sevgisiz münasibəti aradan qalxa bilər və yerini mehribanlıq və qarşılıqlı anlaşma tuta bilər. Belə hallar nadir deyil. Elə də ola bilər ki, arvad onun üçün mömin bir övlad dünyaya gətirər və o da öz valideynlərinə həm bu dünyada və həm də Axirət həyatında xeyir verər.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər