Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Böyük Britaniyada müsəlmanların sayı 3 milyona çatıb

Fevral 01
16:49 2016

Son 10 il ərzində Böyük Britaniyada müsəlmanların sayı olduğundan iki
dəfə çox artıb.
Hal-hazırda bu ölkədə yaşayan müsəlmanların sayı 3 milyon nəfər təşkil edir. Ekspertlərin rəyinə əsasən, müsəlmanların sayca çox olması həm ölkəyə gələn miqrantların, həm də müsəlman ailələrdə sayca daha çox uşaqların doğulması ilə izah olunur.
Londonun bəzi bölgələrində yaşayan əhalinin tam yarısını müsəlmanlar təşkil etdiyini bildirən ekspertlər, yaxın 10 il ərzində bu bölgələrdəki əhalinin hamısının müsəlmanlardan ibarət olacağını da istisna etmirlər.
Dəqiq rəqəmlərə gəlincə isə hal-hazırda krallığın ərazsisndə 3.114.992 nəfər müsəlman yaşayır ki, bunlardan da 1.554.002 nəfəri ölkə xaricində doğulanlardır.

Mənbə İslam-today.

Sələf Xəbər: Uca Allah buyurur: “Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 110-cu ayə).
“Allah bildirir ki, İslam milləti öz keyfiyyəti və xüsusiyyətlərinə görə bütün digər millətlərdən üstündür. Müsəlmanlar ən səmimi və xeyirxah insanlardır. Onlar yaxşılıq etməyi sevir, ətrafdakıları buna dəvət edir, onlara həqiqəti öyrədir, bəyənilən işlər görməyi məsləhət görür və onları qınanılan əməllərdən çəkindirirlər. Onlar nəinki insanlara kamilliyə nail olmağa kömək edir, öz imkanları daxilində onlara fayda verməyə səy göstərirlər, hətta özləri də, Allaha iman gətirərək və bu dinin vacib tələblərini yerinə yetirərək, kamilləşməyə nail olmağa çalışırlar.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər