Böyük Səhraya 40 il sonra qar yağıb – FOTO
Dekabr 23
17:01
2016
1. 409 dəfə baxılıb
Böyük Səhraya son 40 ildə ilk dəfə olaraq qar yağıb.
Əlcəzairin Ayn-Sefra şəhərindən olan və qeyri-adi mənzərənin fotolarını çəkərək sosial şəbəkələrdə paylaşan həvəskar fotoqraf Kərim Buşetatın sözlərinə görə, səhraya yağan qar bir gün sonra əriyib.
“Səhranın qapıları” adlandırılan Ayn-Sefra şəhərində yayda havanın temperaturu 37 dərəcəyə çatır, qışda isə 0 dərəcəyə qədər enə bilir. Xatırladaq ki, bundan əvvəl səhraya ilk dəfə olaraq 1979-cu il, fevralın 18-i qar yağıb.
Selefxeber.az xarici KİV-lərə istinadən həmin görüntüləri sizə təqdim edir.