Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Brisben ibadət mərkəzində vandalizm aktı

Sentyabr 26
18:58 2014

“Sələf Xəbər” Guardian qəzetinə istinadən xəbər verir ki, Avstraliyanın Brisben şəhərinin 34 yaşlı sakini müsəlmanlara məxsus ibadət mərkəzinin divarlarında nalayiq sözlər yazdığı üçün həbs edilib.

Brisbenin Rokli rayonunda vandallar rəngli sprey boyalarla bəzi müvəqqəti tikililərin üzərində “şər” və “ölün”, “Müsəlmanlar şərdir və bizim yolumuza hörmət etmirlər” və “rədd olun ölkəmizdən” kimi yazılar yazıblar.

Tikililərin üzərində həmçinin xristian xaçı çəkilib. Adı çəkilən binanın sahibi həmin yerdə İslam təhsil mərkəzinin inşasına başlamaq üçün rəsmi icazə gözləyir. Hal-hazırda tikili gündəlik ibadətlər üçün istifadə olunur.

Müfəttiş Rod Qrehem bunu “ağılsızcasına edilmiş cinayət” adlandırıb. 34 yaşlı Rokli sakini qəsdən ziyan vurma, başqasının əmlak hüququnu pozma, ictimai asayişin pozulması və qraffiti alətinə malik olma maddələri ilə təqsirli bilinib. O, 22 oktyabr tarixində Brisben ali məhkəməsində hakimlərin qarşısına çıxacaq.

İndoneziya İslam Mərkəzinin prezidenti Həmid Mərvədinin sözlərinə görə, ilk dəfədir ki, onlar belə halla rastlaşırlar: “Odur ki, biz bu yazıları görəndə çox sarsıldıq”, o deyib.

Mərvədinin fikrincə, bu hadisəyə son polis əməliyyatları və “terrorçuluqla mübarizədə sərt qanunlar qəbul edilməsini təşviq edən” siyasətçilərin bəyanatları səbəb olub: “Hesab edirəm ki, siyasətçilər “islam terrorçuları” deməməlidirlər, çünki islam terrorçuluq dini deyil”, o bildirib.

Son bir həftə ərzində ikinci dəfədir ki, Avstraliyanın Kuinslend ştatında müsəlman ibadət yerləri təhqir olunur. Bir neçə gün öncə şimali Kuineslenddə yerləşən Məribə məscidinin divarlarında rəngli sprey boya ilə “şər” yazılmışdı.

“Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.”

Müqəddəs Quran, “Bəqərə” surəsi, 114-cü ayə

Digər xəbərlər