Britaniya da müsəlman ölkələrini “qara siyahı”ya saldı
1. 144 dəfə baxılıb
ABŞ dövlətindən sonra indi də Böyük Britaniya höküməti müəyyən sərnişin reyslərində kompüterləri qadağan edən yeni daşıma üzrə məhdudiyyətləri elan edib.
“Selefxeber.az” BBC-yə istinadən xəbər verir ki, qadağan olunan elektron cihazları mobil telefon ölçüsündən böyük olan elektron əşyalara tətbiq olunur. Bunlara noutbuk, tablet, DVD pleyerlər və mobil telefonların ölçüsündən böyük olan digər elektron cihazlar aiddir.
Xatırladaq ki, bundan əvvəl səkkiz ölkənin 10 hava limanında fəaliyyət göstərən doqquz hava yollarının gələn aviareysləri ABŞ Milli Təhlükəsizlik Nazirliyinin qadağasına məruz qalmışdı. ABŞ mətbuatı bildirib ki, ölkəyə gələn uçuşlarda təyyarə salonlarında böyük elektron qurğulara qadağa terror təhlükəsinə görə kəşfiyyat tərəfindən təklif edilib.
ABŞ qadağasının əhatə etdiyi hava yolları bunlardır:
1. Məhəmməd V Beynəlxalq hava limanı, Kasablanka, Mərakeş
2. Atatürk Hava Limanı, İstanbul, Türkiyə
3. Qahirə Beynəlxalq Hava Limanı, Misir
4. Kraliça Alia Beynəlxalq hava limanı, Əmman, İordaniya
5. Kral Əbdüləziz Beynəlxalq hava limanı, Ciddə, Səudiyyə Ərəbistanı
6. Kral Xalid Beynəlxalq hava limanı, Ər-riyad, Səudiyyə Ərəbistanı
7. Küveyt Beynəlxalq Hava Limanı
8. Hamad Beynəlxalq hava limanı, Doha, Qətər
9. Əbu-Dabi Beynəlxalq hava limanı, Birləşmiş Ərəb Əmirlikləri
10. Dubay Beynəlxalq hava limanı , Birləşmiş Ərəb Əmirlikləri
Britaniya qadağası ABŞ tədbirlərindən bir neçə saat sonra elan olunub. Qadağa oxşar olsa da, müxtəlif hava yollarına aiddir.
Qadağa Türkiyə, Livan, İordaniya, Misir, Tunis və Səudiyyə Ərəbistanından Böyük Britaniyaya birbaşa sərnişin aviareyslərini əhatə edir.