Britaniya polisi “terrora dəstək verməkdə” ittiham olunub
729 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşmasına qoşulmaq üçün İngiltərəni tərk edən bacılar Britaniya polisi tərəfindən radikallaşdırılıb.
“Sələf Xəbər” xarici mətbuata istinadən bildirir ki, Britaniya polisi uşaqları ilə birgə Suriyadakı ekstremistlərə qoşulduğu güman edilən 3 bacının radikallaşdırılmasına görə qismən məsuliyyət daşıyır. Belə ki, İŞİD terror xəvaric qruplaşmasına qoşulmaq üçün Suriyaya yollandıqları güman edilən qadınlardan ikisinin həyat yoldaşı Daxili İşlər Nazirliyi yanında Xüsusi Komitənin sözçüsünə məktub ünvanlayaraq Britaniya polisinin qadınları radikal əqidəli qardaşları ilə əlaqə saxlamağa təşviq etdiyini bildiriblər.
Suriyaya yollanmaq üçün Bredforddakı evlərini tərk etmiş qadınların həyat yoldaşları Məhəmməd Şueyb və Axtar İqbal iddia edirlər ki, polis qadınların hal-hazırda Suriyada olan qardaşları ilə əlaqə saxlamalarına dəstək verib.İtkin qadınların qardaşının hal-hazırda İŞİD terror xəvaric qruplaşmasının tərkibində döyüşdüyü güman edilir. Daxili İşlər Nazirliyi yanında Xüsusi Komitənin sözçüsü Keyt Vaz, o cümlədən Daxili və Xarici İşlər nazirliklərinin katiblərinə ünvanladıqları məktubda qadınların həyat yoldaşlarının vəkilləri bildiriblər ki, qadınların təlimlənməsi və radikallaşdırılmasında Şimali-Şərqi Terror Əleyhinə Birlik (Nectu) açıq-aydın şəkildə iştirak edib. Məktubda iddia edilir ki, Nectu-nun fəaliyyəti və qeyri-dəqiq mühakimələri nəticəsində 12 Britaniya vətəndaşının həyatı risk altına düşüb.
Amma bu ittihamlar həm parlament üzvləri, həm də hökumət tərəfindən təkzib edilib.
Bu hadisələr Devid Kameronun bəzi müsəlman icmalarının ekstremizmə qarşı mübarizə aparmamaqla ekstremizmlə “sakit şəkildə barışdığı” barədə şərhlərindən sonra baş verib. Hökumət sözçüsü bildirib: “Baş nazir cümə günü nitqində də bildirdiyi kimi, günahı kiminsə üstünə atmaq və radikallaşmanın kiminsə günahı olduğunu sübut etməyə çalışmaq yalnış və təhlükəlidir. Günahı hökumətin və ya agentliklərin üstünə atmaq, radikallaşmanın həqiqi səbəblərinə və ona qarşı mübarizə aparmaq üçün əməkdaşlığa məhəl qoymamaq deməkdir”.
Üç qadının Birləşmiş Krallıqdan yoxa çıxması və 9 uşağı müharibə zonasının mərkəzinə aparması ağlasığmazdır deyən Keyt Vaz bildirib: “Birləşmiş Krallıqdakı qohumlarının qadınların İŞİD terror xəvaric qruplaşması ilə əlaqələrinin hökumət tərəfindən “təşviq edildiyi” barədə iddiaları narahat vericidir”.
İddialara cavab olaraq Nectu Qərbi Yorkşir Polis Rəisinin müavini Ras Foster bildirib: “Biz məktubu görməmişik, odur ki, onun məzmunu barədə təfsilatlı şəkildə şərh verə bilmərik. Lakin biz polisin itkin ailənin təlimləndirilməsində iştirak etdiyi və onları istismar etdiyimiz barədə ittihamları qəti şəkildə təkzib edirik. Biz cari fəaliyyətimiz və təhlükəsizlik səbəbləri ilə polisin işinin bütün aspektləri barədə şərh verməsək də, istintaq aparılır və biz itkin ailəni tapmaq və uşaqların təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edirik. İstintaq boyunca onların qohumları məlumatlandırılıb və onların bu günə qədər tərəfimizdən göstərilən dəstəyə dair məmnunluq ifadə etdiklərinə sevinirik. Belə də davam edəcəyik”.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.