Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Britaniya Qəzza münaqişəsi zamanı İsrailə silah satdığını təsdiqləyib

Noyabr 27
19:25 2014

“Sələf Xəbər” www.independent.co.uk saytına istinadən xəbər verir ki, Britaniya ötən yay İsrailin Qəzza zolağına hücumundan əvvəl 6 ay ərzində İsrailə uçucu aparatlar, döyüş təyyarələri və helikopterlər, snayper tüfəngləri üçün ehtiyat hissələri də daxil olmaqla silah-sursat satdığını təsdiqləyib.

Hökumətdən əldə edilən bu məlumatlar Britaniya istehsalı olan avadanlıqların iyul və avqust aylarında Qəzzada 2 min fələstinlinin və 66-sı əsgər olmaqla 73 israillinin ölümü ilə nəticələnən “Müdafiə səddi” əməliyyatı zamanı İsrail ordusu tərəfindən istifadə olunduğu barədə narahatlıqların artmasına səbəb olub.

“The Independent” qəzeti, Biznes İnnovasiyaları və Bacarıqlar Departamentində oturan nazirlərin münaqişə başlamazdan əvvəl rəsmilərin Britaniyada istehsal olunmuş komponentlərdən ibarət silahların Qəzzada İsrail Müdafiə Qüvvələri tərəfindən istifadə olunduğu 12 instansiyanı aşkar etdikdən sonra İsrailə silah ixracı barədə lisenziyalar sifariş etdiyini də ifşa edə bilər.

Hökumətin bu lisenziyaları dayandırmaqdan imtina etməsi Koalisiyada bölünməyə səbəb olmuş və Britaniyanın bu məsələdə mövqeyini “bağışlanmaz” adlandıran Xarici İşlər naziri Baronessa Səidə Varsinin istefası ilə nəticələnmişdi. Silah Ticarətinə Əleyhinə Kampaniyaya təqdim edilmiş rəsmi rəqəmlər göstərir ki, Britaniya 6,96 milyon funt sterlinqlik hərbi silah-sursatın bu ilin yanvar ayından iyun ayına kimi İsrailə göndərilməsi üçün 68 ixracat lisenziyası alıb.

İsrail-Qəzza münaqişəsi Lisenziyalar uçucu aparatlar və döyüş qırıcıları, həmçinin, 600 min funt sterlinqlik hərbi radar komponentləri, hava müdafiəsindən tutmuş nəqliyyat vasitələrini sıradan çıxarmaq məqsədilə istifadə oluna bilən istiqamət verilmiş şüa silahları – “güclü RF (radio tezlikli) silah sistemləri” də daxil olmaqla geniş diapazonda silah-sursatı əhatə edib.

Lisenziyalara, həmçinin, zirehlər, zireh əleyhinə döyüş sursatı, elektron döyüş komponentləri, snayper tüfəngi hissələri və silah nişangahları üçün nəzərdə tutulmuş texnologiyalar daxil olub. Qeyri-müəyyən miqdarda bir qrup kiçik silah-sursata isə “təxribat və ya arzuolunmaz son istehlakçıya yenidən ixrac riskinin” olması əsasında lisenziya verilməyib.

Silah-sursatdan bəziləri Biznes İnnovasiyaları və Bacarıqlar Departamenti rəsmilərinin Hamasın raket hücumlarına müqavimət göstərmək üçün başladılmış, lakin çoxlu sayda mülki vətəndaşların ölümündə ittiham olunan “Müdafiə səddi” əməliyyatı zamanı potensial şəkildə istifadə olunduğunu müəyyən etdiyi 12 lisenziya arasında adları açıqlanan hərbi radar və sürətli qırıcı komponentlərini əhatə edir.

Münaqişə zamanı “The Independent” qəzeti aşkarlayıb ki, 2010-cu ildən bəri İsrailə Britaniyanın 131 hərbi texnika istehsalçısına 42 milyon funt sterlinqə başa gəlmiş ixracat lisenziyası verilib. Bura, mütəxəssislərin İsrail Müdafiə Qüvvələrinin Qəzza hücumları zamanı istifadə etdiyi “Hermes” uçucu aparatları üçün komponentlər təchiz etdiyi müəyyən olunmuş 2 şirkət daxildir.

Kampaniya iştirakçıları bildirib ki, silah satışı barədə mühüm dəlillər İsrailə silah ixracatı istiqamətində siyasətin əsaslı şəkildə dəyişməsi üçün hökumətə təzyiqlər göstərilməsinə səbəb olub. Silah Ticarəti Əleyhinə Kampaniyanın nümayəndəsi Endryu Smit bildirib: “Yeni məlumatlar göstərir ki, bombardman ərəfəsinə qədər Birləşmiş Krallıq, Vins Keyblin öz resenziyasında göstərilmiş, Qəzzada insanlara qarşı istifadə olunduğu ehtimal olunan eyni növ silahlar üçün lisenziyaların arxasında dururmuş”.“Təəssüflər olsun ki, Birləşmiş Krallığın istehsalı olan silahların İsrail tərəfindən istifadə olunduğu birinci dəfə deyil. İctimaiyyət bu yay baş verən bombardmandan haqlı şəkildə sarsılıb.

Bu səbəbdən, Birləşmiş Krallıq İsrailə bütün silahların satışına embarqo qoyulduğunu bəyan etməli və hərbi əməkdaşlığa son qoymalıdır”. Leyboristlər partiyasının deputatı Keti Klark deyib: “İndi tam şəkildə aydındır ki, Birləşmiş Krallıq “Müdafiə səddi” əməliyyatı boyunca İsraili hərbi əməliyyatlarda ittiham etməkdən boyun qaçırmaqla bərabər, həmçinin, Birləşmiş Krallıqdakı şirkətlərə münaqişə boyunca İsrail Müdafiə Qüvvələrini silahlandırmağa fəal şəkildə icazə verib”. Kampaniya iştirakçıları, Nazirlər Kabinetinin İsrailin “özünü müdafiə etməyə tam qanuni hüququ” olduğunu bəyan etdikdən sonra hökumətin 12 lisenziyanı dayandırmamaq qərarına etiraz etmək üçün Ali Məhkəmədə iddia qaldırdıqdan sonra lisenziyalara yenidən baxılması üçün göstəriş verilib.

Biznes İnnovasiyaları və Bacarıqlar Departamenti məsələ ilə bağlı “yeni məlumatı” nəzərdən keçirmək istəyir, lakin məsələnin ilkin resenziyası zamanı təsdiqlənmiş lisenziyaların “böyük əksəriyyətinin” İsrail Müdafiə Qüvvələrinin Qəzzada istifadə etdiyi silahlar üçün nəzərdə tutulmadığını müəyyən etdiklərini israr edir. Bəyanatda departament bildirir: “Yeni məlumatın nəzərdən keçirilməsini təmin etmək məqsədilə və 2 aydan çox müddətdir ki, atəşkəsin bərqərar olduğu faktını nəzərə alaraq, nazirlər bu ayın əvvəlində İsrail üçün nəzərdə tutulmuş cari lisenziyalara yenidən baxılmasına qərar veriblər. Nəticələr müəyyən olunmuş müddətlərdə elan ediləcək”.

Biznes İnnovasiyaları və Bacarıqlar Departmentinin məlumatları əsasında mart ayında Birləşmiş Krallıqdan İsrailə su şırnağının göndərilməsi üçün lisenziya verildiyi aşkarlandıqdan sonra, rəsmilər Britaniyanın “ciddi” ixracata nəzarət rejiminin dəlili kimi hadisəyə baxıldığını vurğulayıblar. Biznes İnnovasiyaları və Bacarıqlar Departmentindən bildirilib ki, izdihama nəzarət vasitəsi İsrail istehsalçısı tərəfindən Britaniya vasitəsilə mərkəzi Afrika ölkəsi olan Burundiyə göndərilib və Birləşmiş Krallıq rəsmiləri tərəfindən geri qaytarılıb. Lisenziya su şırnağının İsrailə qaytarılmasına icazə verib.

Britaniyanın İsrailə satdığı silahlar (yanvar-iyun, 2014)
:: Döyüş təyyarəsi komponentləri – £306,802
:: Uçucu aparatlar və ya pilotsuz uçucu aparatlar üçün komponentlər – £93,497 (£79,607 yenidən ixrac üçün xərclər də daxil olmaqla)
:: Elektron döyüş komponentləri – £1,491,372
:: İzləmə avadanlığı komponentləri – £977,949 (£98,529 yenidən ixrac üçün xərclər də daxil olmaqla)
:: Hərbi radar komponentləri – £49,709
:: Təsvir kameraları və silahlar üçün gecə nişangahları – £1,491,372
:: Zireh əleyhinə döyüş sursatı – £8,600
:: Snayper tüfəngi komponentləri – £13,202
:: Güclü Radio Tezlikli silah sistemləri – £600,000

“Buna görə də İsrail oğullarına (Tövratda) yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur. Bizim peyğəmbərlərimiz onlara (İsrail oğullarına) açıq möcüzələr gətirmişdilər. Bundan (bu möcüzələrdən) sonra da onların bir çoxu yer üzündə (küfr, qətl və cinayət etməklə) həddi aşdılar”.

Qurani Kərim, “əl-Maidə” surəsi, 32-ci ayə

Digər xəbərlər