Britaniyada buraxılış imtahanlarının vaxtı Ramazan ayına uyğun təyin ediləcəkdir
670 dəfə baxılıb
Böyük Britaniya hökuməti buraxlış imtahanlarının vaxtını təyin edərkən Ramazanda oruc tutan Müsəlman tələbələri nəzərə alacaqdır. Bu haqda məlumatı buraxılış imtahanları üzrə məsuliyyət daşıyan rəsmi idarə məlumat vermişdir.
İdarənin məlumatına görə əsas fənlər üzrə imtahanlar Ramazan ayından öncə keçiriləcəkdir. Həmçinin imtahanlar səhər, yaxud günorta namazından sonra keçiriləcəkdir ki, namaz qılanlar üçün vaxt sıxıntısı olmasın.
Bu il müsəlmanlar üçün Ramazan ayı iyul ayının ikinci həftəsində başlayacaqdır. Bu isə imtahanlar üçün müəyyən edilmiş ənənəvi vaxta təsadüf edir.
İdarə rəhbərinin müavini Malkom Trub deyib ki, tədris müəssisələrinin rəhbərləri Ramazan ayında oruc tutmağın tələbələrin imtahan nəticələrinə mənfi təsir etməsini istəmirlər.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Siz-dən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz. Müəyyən sayda olan günləri (oruc tutmalısınız.) Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar.)” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 183-184-cü ayələr).
“Oruca riayət etməyin vacib bir hökm olduğunu xatırladıqdan sonra, Uca Allah bildirir ki, müsəlmanın orucu qısa və yüngüldür. Bundan başqa, Allah Öz qullarının işini yüngülləşdirərək, xəstələrə və səfərdə olanlara buraxdıqları orucu başqa günlərdə tutmağa yol vermişdir. Xəstəlik və uzaq yola çıxmaq, adətən, insanlar üçün çoxlu çətinliklər törədir və buna görə Allah belə hallarda orucu pozmağa icazə verir. Lakin oruc hər bir mömin üçün olduqca xeyirli ayindir və buna görə Allah, xəstəlik qurtarandan və səfərdən qayıdandan və habelə insan rahat həyata başladıqdan sonra, buraxılmış oruc günlərinin əvəzini tutmağı əmr etmişdir.
Az sayda günlərin xatırlanması ona dəlalət edir ki, müsəlman buraxdığı oruc günlərini əvəz edərkən, ramazan ayında ötürdüyü günlərin sayına bərabər günlər qədər oruc tutmalıdır və eyni zamanda, buraxılmış yarım gün əvəzinə bütöv bir gün orucolmalıdır. Əvəz edərkən buraxılmış qısa və soyuq gün əvəzinə, bir uzun və isti hava günü və əksinə, oruc tutulmasına icazə verilir.” (Bax “Təfsir Əs-Saadi”)