Britaniyada Quranın qədim nümunələri aşkarlanıb
İyul 22
14:31
2015
1. 090 dəfə baxılıb
Böyük Britaniyanın Birminqham Universitetində dünyanın ən qədim Quran nümunələri tapılıb.
“Sələf Xəbər” Trend-ə istinadən xəbər verir ki, əlyazmalardan ibarət olan bu nümunələrin 1370 il yaşı olduğu bildirilir.
Müqəddəs Quranın nümunələri bir əsrə qədər müddət ərzində Universitetin kitabxanasında aşkar olunmamış halda qalıb.
Belə ki, bu əlyazmalar Yaxın Şərq kitabları və əlyazmaları ilə birgə saxlanılıb və onların dünyada Quranın ən qədim nümunələrindən olması müəyyən edilməyib.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir”. (Qurani-Kərim, “Yunus” surəsi, 57-ci ayə)