Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Britaniyada sərt antiterror qanunları: İŞİD-çilərin geriyə yolu bağlanır

Noyabr 14
18:05 2014

Britaniya İraq və Suriyada “cihada” qatılan ölkə vətəndaşlarının geriyə yolunu bağlamaq üçün radikal qanun qəbul etməyə hazırlaşır.

“Sələf Xəbər” virtualaz.org-a istinadən xəbər verir ki, bu qanunlar cihad meydanlarından ölkəyə qayıdan vətəndaşların azı iki il müddətində vətəndaşlıqdan “istisna” edilmələrini nəzərdə tutur.Bununla da İraq və Suriya kimi yerlərdə cihadçılarla birgə döyüşən Britaniya vətəndaşları ölkəyə istədikləri vaxt və dərhal qayıda bilməyəcəklər.

Yeni anti-terror qanunlarına görə, uçuşlarına qadağan qoyulmuş şəxslərin siyahısına riayət etməyən hava şirkətlərinə məxsus sərnişin təyyarələrinin Britaniya torpağında yerə enməsi də qadağan ediləcək.“Reuters” agentliyi xatırladır ki, Britaniya avqust ayında İslam Dövlətinin Suriya və İraqdan qayıdan döyüşçülərinə görə ölkədaxili təhlükıəsizlik dərəcəsini son həddən bir pillə aşağı dərəcəyə qaldırıb.

Avstraliyanın Brisbeyn şəhərində keçiriləcək G20 sammitinə yollanmazdan əvvəl Kanberrada olan baş nazir Cameron deyib ki, “təhlükəni kökündən kəsmək lazımdır”. Yenu qanunlara görə, polisə xaricə səfər etmək istəyən şübhəlilərin pasportlarının əllərindən alınması və ölkəyə qayıdarkən yoxlama prosesindən keçməkdən imtina edən vətəndaşların Britaniyaya qayıtmasını önləmək səlahityyətləri verilib.

Yenu qanunda şübhəli şəxs “terror əməli ilə məşğul olmaq niyyətlərinə dair ağlabatan dəlillər olan” vətəndaşa şamil edilir. “The Guardian” aydınlıq gətirir ki, qanunda söhbət birbaşa olaraq vətəndaşlığın ləğvindən getmir, lakin real təcrübədə qanun cihadda iştirak edən Britaniya vətəndaşının ölkəyə qayıtmasını son dərəcə çətin edə bilər. Qanun, bu məqsədlə, qayıtmaq istəyən vətəndaşların hələ xaricdə ikən Britaniya təhlükıəsizlik zabitləri tərəfindən dindirilnməsini nəzərədə tutur.

Mətbuat yazır ki, qanunun belə “ehtiyatla” yazılmasına səbəb Britaniyanın BMT-nin Dövlətsizlik barədə Konvensiyasına üzv olmasıdır. Bu konvensiya kiminsə, hətta müvəqqəti olaraq vətəndaşlıqdan məhrum edilməsini qadağan edir.David Cameron son dərəcə sərt anti-terror qanunun qəbuluna hazırlıq barədə artıq avqustda bəyanat vermişdi, lakin indi bildirib ki, bu, çox tezliklə baş verəcək.

“The Guardian” qəzeti yazır ki, Suriyaya səfər etmiş cihadçıların Britaniyaya qayıtması azı iki il müddətinə qadağan oluna bilər. Hətta bunun üçün də geri qayıdan vətəndaş məhkəmə ilə üzləşməyə, polis tərəfindən saxlanmağa və karantin müddəti keçərək daim polis nəzarətində olmağa razılıq verməlidir.

Hökumət qanunun hava limanlarında növbələr yaratmayacağını bildirir, beləki şübhəli şəxslərin siyahısı elektron qaydada dərhal yoxlanacaq.Bu barədə qanun müddəaları millət vəkilləri və hüquqşünaslar arasında artıq razılaşdırılıb. Qəzet yeni qanunun gələn ilin ilk günündən qüvvəyə minəcəyini yazır. Britaniya təhlükəsizlik xidmətlərinin məlumatına görə, hazırda cihadçıların sırasında 500-dək Britaniya vətəndaşının olduğu və onlardan yarısının bu yaxınlarda qayıtmaq niyyətində olacaqları təxmin edilir. (“Azadlıq” radiosunun xülasəsi əsasında)

 Sələf Xəbər: Nüfuzlu alim Əbdül Muhsin əl-Abbada (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi?” sualı verildi.
Şeyx cavab verdi: “Həqiqətən Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə, təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, İraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı.”

Digər xəbərlər