Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Britaniyada təhlükəsizliyə görə məscid bağlanmadı, əksinə mühafizəsi gücləndi

İyun 20
19:22 2017

Böyük Britaniyada məscidlər artıq daimi polis mühafizəsi altında qorunacaq.

Selefxeber.az-ın “Vesti.ru“-ya istinadən xəbərinə görə, belə bir qərar müsəlmanlara qarşı törədilən terror hücumundan sonra baş nazir Tereza Meyin başçılığı ilə keçirilən dövlət komitəsinin növbədənkənar iclasında qəbul edilib.

Xatırladaq ki, iyunun 19-u gecəsi London məscidlərinin birində müsəlmanlar təravih namazından çıxarkən naməlum furqon maşını onların üzərinə sürülüb. Piyadalardan 1 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Hadisəni törədən cinayətkar hadisə yerindən qaçmaq istəyərkən şahidlər tərəfindən saxlanılaraq polisə təhvil verilib.

Polislər tərəfindən həbs olunan cinayətkar: ” Bütün müsəlmanları öldürəcəm” – deyərək, bağırırdı.

Sələf Xəbər: Təəssüf ki, “söz azadlığı” prinsipinə əsaslanaraq, Qərbdəki bir çox hökumətlər İslama və müsəlmanlara münasibətdə nifrətin və təhqirlərin yayılmasına mane olmur. Lakin haqlı olaraq bir sual yaranır: niyə Qərb “söz azadlığı” prinsipini antisemitizmin təzahürlərinə dair tətbiq etmir? Axı məlumdur ki, antisemitizm və Xolokostun inkar edilməsi bir çox Qərb ölkəsində təqib edilən cinayətkar fəaliyyət hesab olunur.

Beləliklə, “söz azadlığı” prinsipinin mövcudluğuna baxmayaraq, bu ölkələrin qanunları sayı bütün dünya üzrə 15 milyonu keçməyən dini icmanı müdafiə edir, və onları təhqir edən və hissiyyatlarına toxunanları cəzalandırır. Bəs niyə milyard yarımdan artıq olan müsəlman icmasının təhqir edilməsi haqqında söhbət getdikdə, dərhal “söz azadlığı” prinsipi yada düşür? Məgər bu ədalətdir?

Bizim dinimizə gəlincə isə, İslam antisemitizmi qadağan edir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Ərəbin qeyri-ərəb üzərində üstünlüyü yoxdur. Qeyri-ərəb də, ərəbdən üstün deyildir. Necə ki, ağ dərili qaradərilidən, qaradərili isə ağ dərilidən üstün deyildir. Bir insanın o birilərindən üstünlüyü yalnız təqva ilədir!” (Əhməd).

Digər xəbərlər