Britaniyalı İslam alimləri girov götürməyin Qurana zidd olduğunu bəyan edib
955 dəfə baxılıb
“Sələf Xəbər” Guardian qəzetinə istinadən bildirir ki, Britaniyalı islam alimləri birbaşa video müraciət vasitəsilə islamçı döyüşçülərin başlarını kəsməklə hədələdikləri Alan Henninqi azad buraxmalarını istəyiblər.
Alimlər İŞİD terror xəvaric qruplaşmasını insan öldürməyin İslam qanunlarına zidd olduğu barədə xəbərdar ediblər.
Alimlərin müraciəti, digər Britaniyalı əsir, fotojurnalist Con Kantlinin dostları və həmkarları, onun hazırlamağa vadar edildiyi və sosial mətbuatda yayılmış təbliğat videosu ilə bağlı narahatçılıqlarını dilə gətirdikdən sonra hazırlanıb.
Kantlinin ictimaiyyəti Birləşmiş Krallıq və ABŞ hökumətlərinin onu əsir tutanlarla danışıqlar aparmağa inandırdığı videonu izləyən dostları, onun fərasətli və sevimli insan olduğunu, lakin bəzən ehtiyatsız hərəkətlər etdiyini bildirirlər.
Kantlinin görüntüləndiyi videoda, İŞİD terror xəvaric qruplaşması gözlənilməz davranış sərgiləyir. Belə ki, qruplaşmanın yaydığı əvvəlki 3 video görüntüdə əsirlərin öldürüldüyü təsvir edilir.
43 yaşlı Kantli, birbaşa masa arxasından kameraya üz tutaraq, sakit şəkildə qarşısındakı ssenarini oxuyur. Belə təsəvvür yaranır ki, o İŞİD terror xəvaric qruplaşması və regionda qərbin hərbi əməliyyatları barədə “insanlara həqiqətləri göstərəcək” filmlər hazırlayacaq bir jurnalistdir. Adının çəkilməsini istəməyən bir həmkarının sözlərinə əsasən, o, Kantlinin onu girov götürənlərə filmlər hazırlamağı təklif etdiyindən şübhələnir: “Şübhəsiz ki, o öz həyatını xilas etmək üçün əlindən gələni edir”.
Henninqin azad edilməsi üçün İŞİD terror xəvaric qruplaşmasına müraciət edən islam alimləri bildirib ki, onun girov saxlanılması Quranın hökmlərinə ziddir və ABŞ-ın Quantanomada saxladığı və Britaniyanın mühakimə olunmadan həbsdə saxladığı müsəlmanlara edilən haqsızlıq dərəcəsindədir.
Videoyazıda görüntülənən alimlər Henninqi Suriyaya əziyyət çəkən müsəlmanlara kömək etmək üçün yollanmış humanist bir insan kimi təsvir ediblər. Onlar ümid edir ki, siyasi nüfuzları və dini təlimləri İŞİD terror xəvaric qruplaşmasına təsir edəcək. Onlar ümid edir ki, bu videolar sosial mətbuat vasitəsilə “İslam Dövləti” terror xəvaric qruplaşmasının peşəkar internet istifadəçiləri olan üzvlərinə çatacaq.
47 yaşlı 2 uşaq atası Alan Henninq, Ekkls şəhərində taksi sürücüsü işləyib. O, keçən il müsəlman dostlarının təşkil etdiyi yardım konvoyuna qoşularaq Suriyaya yollanarkən İŞİD terror xəvaric qruplaşmasının əlinə keçib. Qrup Türkiyə sərhədini keçdikdən az müddət sonra onu ələ keçiriblər.
Keçən həftə Şotlandiyalı humanitar təşkilat işçisi Deyvid Heynsin öldürülməsi görüntülənən videoyazının sonlarında Henninq göstərilir və qatil hədələyir ki, növbəti qurban Henninq ola bilər.
Sələf Xəbər: XX-ci əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin, ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir.” (“Fatava əş-şəriiyə fi kədaya əl-asriyə” 47).