Britaniyalı üç qız Kanadalı casusun vasitəsilə İŞİD-ə qoşulub – VİDEO
913 dəfə baxılıb
“Sələf Xəbər” www.dailysabah.com saytına istinadən xəbər verir ki, Kanada hökuməti kəşfiyyat xidməti üçün çalışdığı güman edilən casusun britaniyalı üç qızı Türkiyə yolu ilə Suriyaya, İŞİD terror xəvaric qruplaşmasının sıralarına qoşulmaq üçün yollanmasına kömək etdiyi barədə məlumatlara dair heç bir şərh verməsə də, Türkiyənin Haber TV telekanalı həmin şəxsin və üç qızın video görüntülərini yayımlayıb.
Türkiyənin Haber telekanalı vasitəsilə yayınlanan videogörüntülərdə, Kanada kəşfiyyat agentliyi üçün çalışan şübhəli casusun britaniyalı qızlara İŞİD terror xəvaric qruplaşmasına qoşulmağa kömək etdiyi əks olunub. Daha sonra üç britaniyalı qızın Türkiyə sərhədi vasitəsilə Suriyaya keçərək İŞİD terror xəvaric qruplaşmasının sıralarına qoşulmasını təşkil edən Suriya vətəndaşı barədə məlumatlar yayılıb.
Haber TV telekanalının Türkiyə təhlükəsizlik qüvvələrinə istinadən yaydığı xəbərə əsasən, casus, İŞİD terror xəvaric qruplaşmasının britaniyalı tərəfdarları və Kanada kəşfiyyat xidmətinin əməkdaşı olduğu güman edilən şəxs arasında əlaqələr üzə çıxarılıb. Türkiyə hökuməti ilk əvvəl həmin şəxsin kimliyini açıqlamaqdan imtina edib, lakin Xarici İşlər naziri Mövlut Çavuşoğlu cümə günü həmin şəxsin “Suriya vətəndaşı” olduğunu bəyan edib.
Çavuşoğlu telekanala verdiyi müsahibəsində 15 yaşlı Şəmimə Bequm, 15 yaşlı Amira Abasi və 16 yaşlı Xədicə Sultanə adlı üç britaniyalı qızın Londondakı evlərini tərk edərək Suriyaya yollanmaqlarına kömək edən şəxsin həbs edildiyini bildirib. O, sözlərinə davam edərək, ABŞ-ın rəhbərliyi altında silahlı qoşunlara qarşı aparılan hava hücumlarına istinad edərək, həmin şəxsin İŞİD terror xəvaric qruplaşması əleyhinə beynəlxalq koalisiyanın üzvü olan ölkənin kəşfiyyat xidməti üçün çalışdığını bildirərək o ölkənin adını çəkməkdən çəkinsə də, bu ölkənin nə Amerika Birləşmiş Ştatları, nə də Avropa Birliyi ölkəsi olmadığını qeyd edib.
Koalisiyaya, həmçinin bəzi ərəb ölkələri, Avstraliya və Kanada da daxildir. Təhlükəsizlik qüvvəlləri “Daily Sabah” qəzetinə müsahibələri zamanı bildiriblər ki, həbs edilmiş şəxs Kanada Kəşfiyyat agentliyinin üzvü olub. Haber TV telekanalının yayınladığı görüntülərdə, sərhədə yaxın türk şəhərciyində qızlarla söhbət edən şəxsin Məhəmməd əl-Rəşid adlı bir şəxs olduğu müəyyən edilib. Daha sonra üçlük minik vasitəsilə Suriyaya daxil olub. Suriya ilə sərhəddə yerləşən Qaziantep əyalətində gizli kamera vasitəsilə çəkilmiş görüntülərdə Raşidin qızları qarşıladığı və onların birlikdə taksiyə mindiyi əks olunub.
O, qızlara bir saat içində Suriyada olacaqlarını deyir, onlar öz əşyalarını digər minik vasitəsinə daşıyır və o qızlara bildirir ki, o, onlarla birlikdə getməyəcək. Telekanal, həmçinin cənubi-şərqi Türkiyədə polis məntəqəsinə gətirilən bir şəxsin ekskülziv görüntülərini yayınlayıb. Haber telekanalının məlumatına əsasən, peşəcə diş həkimi olan 28 yaşlı bu şəxs Suriyadakı münaqişə səbəbilə İordaniyaya keçib. O, digər ölkələrdən sığınacaq tələb edib, Kanada səfirliyi isə onun sığlınacaq məsələsinə maraq göstərib. Daha sonra o səfirliyin təsdiqi ilə Kanadaya yollanıb və İordaniyaya qayıtmazdan əvvəl bir müddət orada qalıb.
Haber telekanalının müxbirləri iddia edir ki, o İordaniyada Kanada səfirliyinin əməkdaşı olan Mett adlı şəxslə əlaqə saxlayıb. Və türk polis mənbələrinə bildirib ki, Mett çox güman, Britaniya kəşfiyyat xidmətinin işçisidir. Haber telekanalının baş müxbiri Kubilay Gülbek bildirib ki, Rəşid, sadəcə qaçaqmalçı rolunu oynayıb və kəşfiyyat xidməti ona bu işinə görə pul ödəyib. Gülbekin sözlərinə əsasən, Rəşidin kompyuterində tapılan məlumatlara əsasən, o bu üç qızdan əlavə, 140 britaniyalıya İŞİD terror xəvaric qruplaşmasına qoşulmaq üçün Suriyaya yollanmağa kömək edib. Rəşidin yeni üzvləri Britaniya vətəndaşı olan İŞİD terror xəvaric qruplaşmasının komandirinə təhvil verdiyi bildirilir. Öz mənbələrinə istinad edən Gülbek, britaniyalı üç qızın hal-hazırda Raqqada olduğu və İŞİD terror xəvaric qruplaşması döyüşçülərinin “gəlinləri” olduğunu bildirib.
O, Haber telekanalına söyləyib ki, Rəşid Suriyaya yollanmağa kömək etdiyi insanlar haqqında məlumatları Kanada səfirliyindəki Mettə WhatsApp proqramı vasitəsilə ötürüb. Gülbek bildirib ki, silahlı qruplaşmanı tərk etmiş İŞİD terror xəvaric qruplaşmasının Britaniyadakı keçmiş döyüşçülərinin cari ünvanları və Suriyadakı İŞİD terror xəvaric qruplaşması düşərgələrinin xəritələri də həmçinin əl-Rəşidə məxsus məlumatlar arasında tapılıb. Rəşidin fevral ayının 18-i qızlara Türkiyə-Suriya sərhədində yerləşən Qaziantep əyalətinə gəlmələrinə kömək etdiyi və orada onları İŞİD terror xəvaric qruplaşması döyüşçülərinə təhvil verdiyi güman edilir. O, fevral ayının 28-i sərhəddə yerləşən Şanlıurfa əyalətində həbs edilib.
Türkiyənin “Star” qəzetinin verdiyi xəbərə əsasən, Rəşid mart ayının 4-ü məhkəmə tərəfindən həbs edilib və qızları qaçaqmalçılıqla Suriyaya göndərdiyini etiraf edib. “Star” qəzeti, həmçinin Rəşidin Türkiyə təhlükəsizlik xidməti tərəfindən aparılmış istintaqından çıxarışları dərc edib. O, polislərə Kanada kəşfiyyat xidməti üçün çalışdığını və İordaniyadakı Kanada konsulluğundan tez-tez Kanada kəşfiyyat agentləri ilə əlaqə saxladığını bildirib. O deyib ki, fevral ayının 21-i o Kanada kəşfiyyat agentlərini qızları qaçaqmalçılıqla Suriyaya yolladığı barədə xəbərdar edib.
Rəşid iddia edib ki, o, kəşfiyyat xidmətinə kömək etməklə Kanada vətəndaşlığı əldə edəcəyinə niyyətlənib. “Star” qəzeti, həmçinin Rəşidin 2013-cü ildən başlayaraq Türkiyə və Suriya sərhədi vasitəsilə Türkiyəyə 33 dəfə girib-çıxdığını xəbər verib. Məqalədə 3 britaniyalı qız da daxil olmaqla 20 şəxsin pasport şəkilləri və potensial İŞİD terror xəvaric qruplaşması üzvlərinin Suriyaya getdiyini göstərən gizli kamera görüntüləri ona məxsus kompyuterin yaddaşında tapıldığı da qeyd edilib. Onun Kanada kəşfiyyat xidməti ilə yazışmalarından ibarət bir neçə sənəd də kompyuterin yaddaşında aşkarlanıb.
Raşidin Britaniyadan ərəb mənşəli adlara malik şəxslərdən 800-1500 dollar məbləğində pul ötürmələri qəbul etdiyi də güman edilir. O polislərə bildirib ki, Şanlıurfada yaşayan zərgər vasitəsilə Suriyanın Raqqa şəhərinə öz qohumlarına pul göndərib. Kanada İctimai Təhlükəsizlik və Fövqəladə Hallara Hazırlıq nazirliyinin danışmanı “Daily Sabah” qəzetinin sorğusuna cavab verərək Kanadanın bu məlumatlardan “xəbərdar” olduğunu, lakin milli təhlükəsizliyin operativ məsələlərinə görə şərh verməyəcəyini bildirib.
Kanadanın Türkiyədəki səfirliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib. Kanada Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin keçmiş agenti Mişel Juno-Katsuyo Politicsə bildirib ki, Rəşid agentliyin “insan qaynağı” ola bilər. Lakin o qeyd edib ki, onlar Kanada Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin əməkdaşları hesab olunmur. O bildirib ki, əgər əl-Rəşid öz dəstəkçilərinin məlumatı ilə və ya onların əmrləri ilə hərəkət edibsə, o zaman bu “diplomatik böhrana” çevrilə bilər.
O bildirib ki, o, çox güman ki, İŞİD terror xəvaric qruplaşması ilə əlaqəlidir və inflitrasiya üsulları barədə xəbərdar olub. Ankarada mətbuat konfransı zamanı çıxış edən Çavuşoğlu bildirib ki, əcnəbi döyüşçülərin axını “mürəkkəb vəziyyətdir”. “Əlimizdə hər iki tərəf üçün çalışan (İŞİD və kəşfiyyat xidməti) insanlar var idi. İndi isə əlimizdə koalisiya ölkəsinin Kəşfiyyat xidməti üçün çalışan bir şəxs var, baxmayaraq ki, o həmin ölkənin vətəndaşı deyil. Bu şəxs Suriya vətəndaşıdır. Vəziyyət çox qəlizdir. Digər ölkələr kəşfiyyat məlumatları mübadiləsinə dair Türkiyə ilə əməkdaşlıq etməlidirlər”, – deyərək Çavuşoğlu qeyd edib. Çavuşoğlu Türkiyəyə qarşı öz sərhədlərinin İŞİD terror xəvaric qruplaşmasının axınına qarşı təhlükəsizliyini təmin etməməkdə irəli sürülən ittihamları tənqid edib: “Çox mürəkkəb vəziyyətdir, qəliz məsələdir. Türkiyə nə etməlidirsə, onu da edir”. O, öz ölkəsinin bu günə qədər İŞİD terror xəvaric qruplaşmasına qoşulmaq istəyən 12, 519 nəfərə giriş qadağası qoyduğunu və 1, 154 nəfəri həbs edərək deportasiya etdiyini qeyd edib. “Onların yarısını həbs etmək üçün biz xaricdən heç bir kəşfiyyat məlumatları əldə etməmişik. Onlar bizim kəşfiyyat və təhlükəsizlik xidmətlərimizin dəqiq işi sayəsində həbs edilib”, – deyərək vurğulayıb. O bildirib ki, deportasiya edilmiş şəxslərdən bəziləri öz doğma ölkələrində baş vermiş terror aktlarının törədilməsində təqsirli bilinirlər.
“Məsələn, Fransanın Nisa şəhərində törədilmiş terror aktları. Bütün məsuliyyəti Türkiyənin üzərinə yükləmək haqsızlıqdır. Türkiyədən tədbirlər görməsini tələb etmək təbiidir və Türkiyə artıq bu tədbirləri görüb və onları aktivləşdirir. Biz hava limanlarında, kütləvi keçid məntəqələrində, sərhədlərdə (şübhəli şəxsləri) qeydə almaq üçün mərkəzlər qurmuşuq” – deyib.
O, həmçinin qeyd edib ki, ölkələr arasında əməkdaşlığın inkişaf etməsinə baxmayaraq, Türkiyənin döyüşçülərin axınını fəal şəkildə qarşısını ala bilməsi üçün digər ölkələrdən “kəşfiyyat məlumatları əldə etməsində hələ də əskikliklər” mövcuddur. Şübhəli şəxsin özünün qeydə aldığı video görüntüdə qızların Türkiyədən Suriyaya səfəri təfsilatlı şəkildə əks etdirilib.
Üç qız ilk əvvəl İstanbul Atatürk hava limanına gəlir, daha sonra Suriya sərhədi yaxınlığındakı Qaziantep şəhərinə yollanır. Qaziantepdə, onlar əvvəlcədən onlara xəbər edilmiş məkana getmək üçün taksi tutur və şübhəli şəxs tərəfindən qarşılanırlar. Qızlar gəldikdə şübhəli şəxs onları kamera ilə çəkməyə başlayır və onların adlarını soruşur. O, qızları əşyalarını götürmələri və geridə heç nə saxlamamaları ilə təlimatlandırır. O, qızlara bildirir ki, onlar bir saat içində Suriyada olacaqlar. Qızların səyahəti daha sonra digər minik vasitəsində davam edir. Şübhəli şəxs qızları Suriyadakı İŞİD terror xəvaric qruplaşması üzvlərinə təhvil verir və Türkiyəyə qaydır, daha sonra isə Türkiyə səlahiyyətli orqanları tərəfindən həbs edilir.
Bu məsələ Birləşmiş Krallıq və Türkiyə arasında mübahisə mövzusuna çevrilib. Məsuliyyətdən qaçmağa çalışan Britaniya polisi qızlar İstanbula çatdıqdan dərhal sonra Türkiyə səlahiyyətli orqanlarını xəbərdar etdiyini iddia edib. Türkiyə rəsmiləri isə bu məlumatın onlara 3 gün sonra verildiyini bildirib.
Britaniya Baş Naziri Devid Kameron Türkiyə Hava Yolları şirkətini qızların İstanbula uçmasına icazə verməkdə ittiham edib. Üç yeniyetmə qız daha sonra İŞİD terror xəvaric qruplaşmasının sıralarına qoşulmaq üçün ölkənin Suriya ilə sərhədinə yollanıb. Türk Hava Yolları şirkəti səyahət edənləri yoxlanışdan keçirməyin Britaniya təhlükəsizlik qüvvələrinin vəzifəsi olduğunu və qızların təyyarəyə qanuni əsaslarla mindiyini vurğulayıb.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam İdeologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.