Brüsseldə terror aktını törədənlərin kimliyi bilinib
849 dəfə baxılıb
Brüsseldə hava limanında baş verən terror aktını törədənlərin kimliyi məlum olub.
“Sələf Xəbər”in ANS PRESS-ə istinadən verdiyi məlumata görə, terror aktını Belçika vətəndaşları olan Xalid və İbrahim Bakraui qardaşlarının törətdiyi açıqlanıb.
Məlumata görə, qardaşların partlayıcı qurğuları işə saldığı ehtimal olunur. Hər iki şəxsin partlayış nəticəsində öldüyü bildirilir.
Məlumata görə, Bakraui qardaşları Brüsseldə kirayədə yaşayıb. Qardaşlar cinayətkar qruplaşma ilə əlaqədə şübhəli bilinərək axtarışda olub. Bir həftə əvvəl Brüsselin polis əməkdaşları onların yaşadığı evə basqın ediblər. Lakin əməliyyat zamanı qardaşları tutmaq mümkün olmayıb. Belçikanın Daxili İşlər Nazirliyinin məlumatına görə, qardaşlar ötən ilin noyabr ayında Parisdə bir neçə partlayışlar törədən Salah Abdeslam ilə əlaqədə olublar. Partlayışı törətməkdə şübhəli bilinən 3 nəfərdən ikisi ölüb, biri isə qaçıb. Şəkildə görünən boz gödəkcəli və papaqlı şəxsin adı Nacim Laakraudur. O, Parisdə bir neçə partlayış törədən şəxslərdən biridir. Hazırda onun axtarışları davam etdirilir.
Qeyd edək ki, Martın 22-i Belçikanın paytaxtı Brüsseldə, hava limanında və metroda baş verən partlayışlar nəticəsində 34 nəfər ölüb, 230 nəfər yaralanıb.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti”-İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır . Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.