Bu gün 60 ölkə İŞİD terror xəvaric qruplaşmasını müzakirə edəcək
791 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşmasına qarşı koalisyaya üzv olan 60 ölkə bu gün Bruseldə toplanacaq.
NATO Baş mərkəzində baş tutacaq toplantıya Avropadan, Ərəb ölkələrindən və digər koalisya üzvlərinin təmsilçilərinin qatılacağı açıqlanıb. ABŞ-ın Xarici İşlər Naziri Con Kerri ilə görüşdə xarici cihadçılar da gündəmə gətiriləcək. Qərb ölkələrindən cihada yönəldən İŞİD qollarının necə qeyri-qanuni hala gətiriləcəklərini də danışacaqları bildirildi.
“Sələf Xəbər” radikal.com.tr-yə istinadən bildirir ki, BBC Türkçədə yer alan xəbərə görə, AFP Xəbər Agentliyinə danışan səlahiyyətli “İŞİD-ə dair bu bölgədə yaşayacağımız uzun müddətli problemlərin başında xarici cihatçılar gəlir”- dedi. Səlahiyyətli, Avropa və Körfəz ölkələri ilə sərhəd idarəsinin sıxlaşdırılması və ziyarət edə bilməyəcəklər siyahısı yaradılması mövzusunda görüşdüyünü ifadə etdi.
15 DEKABRDA MƏRAKEŞDƏ TOPLANACAQ
Bir yandan , İŞİD terror xəvaric qruplaşmasının benzin satışı, hərac kəsməsi, insan ticarəti, Suriya əntiklərini satması, fidyə toplaması və basqınlardan əldə etdiyi gəlirlərdən də danışılacağı, koalisya ortaqlarının bu gəlirlərin önlənməsi yollarını axtaracağı qeyd edildi. Sonra xarici cihatçılar mövzusunu müzakirə etmək üçün koalisyanın 15 dekabrda Mərakeşdə toplanacağı bildirildi.
Mətbuatın suallarını cavablandıran Con Kerri, “Bu koalisyanın quruluşunun tamamlandığının göstəricisidir, artık koalisya bir araya gəlməyə başlayacaqdır”- deyə vurğuladı. ABŞ, avqust ayında Suriyadakı İŞİD mövqelərinə hava əməliyyatına başlamışdı. Sentyabr ayından başlayaraq isə koalisya ortaqları İŞİD mövqelərinə hava bombardımanı planlaşdırır. Suriyadakı hava əməliyyatlarında isə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, İordaniya və Bəhreyn, İraqdakı əməliyyatlarda Avstralya, Belçika, İngiltərə, Kanada, Danimarka, Fransa və Hollanda yer alır. Suriya və İraqdakı hava əməliyyatlarının çoxu ABŞ-ın liderliyi ilə reallaşdırılır.