Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Bu il 14 000-dən çox çinli həcc edəcək

Sentyabr 25
17:26 2014

“Sələf Xəbər” İslamToday-a istinadən bildirir ki, bu il 14 000-dən çox çinli müsəlmanın həcc üçün Məkkəyə gedəcəyi gözlənilir.

Çin hakimiyyətinin bildirdiyinə görə, 12 000 zəvvar artıq hökumət tərəfindən təşkil edilən reyslərlə yola düşüb, onların ümumi sayı isə 14 000 nəfəri ötməlidir. Bu rəqəmə həccə müstəqil şəkildə və ya başqa təşkilatlar vasitəsi ilə yollananlar daxil deyil.

Zəvvarların Çindən təyinat yerinə çatdırılması və geri qayıtması üçün ümumilikdə 94 reys planlaşdırılıb.

“Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur.”

Müqəddəs Quran, “Ali İmran” surəsi, 97-ci ayə

Digər xəbərlər