Bu ölkədə 1 milyon adam intihar edib
913 dəfə baxılıb
“Sələf Xəbər” Axar.az xəbər saytına istinadən bildirir ki, intiharların sayına görə dünya ölkələri sırasında yer alan Rusiyada son 20 ildə 1 milyondan çox insan özünə sui-qəsd edib.
Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin rəsmisi Boris Polojni RF intihar edən ölkələr siyahısında 10-cu yerdən 14-ə gerilədiyini açıqlayıb.
O, intiharların azaldığını desə də, problemlərin həll edilməyəcək şəkildə ciddi olduğunu vurğulayıb. Polojni, Şimali Qafqaz ilə Mərkəz bölgələrində vəziyyətin nisbətən yaxşı olduğunu açıqlayıb.
Rusiyada kişilər qadınlara nisbətən 5 dəfə çox öz canına qəsd edir. Sibir və Uzaq Şərqdə hər 100 000 adamdan 30-u, Tula və Çukot kimi bölgələrdə isə 60-ı intihar edir.
Rusiyada hər 100 000 gəncdən 16-sı intihar edir. Gənclərin intihar etməsinə səbəb kimi ailədaxili problemlər və pis vərdişlər göstərilir.
Sələf Xəbər: “Uca Allah buyurur: “…və bir-birinizi məhv etməyin. Həqiqətən, Allah sizə qarşı Rəhmlidir.” (Müqəddəs Quran, “Nisa” surəsi, 29-cu ayə).
“Allah müsəlmanlara bir-birini öldürməyi və intihar etməyi qadağan etmişdir. Bu qadağa həm öz həyatı üçün təhlükə yaradılmasına və həm də şikəstlik və ya ölümlə nəticələnən əməllərə yol verilməsinə aid edilmişdir. Allah qullarına qarşı rəhmdildir və Öz lütfü ilə O, onların həyatı və mülkiyyəti haqqında qayğı çəkir, onlara ziyan vura bilən və ya onları həlak edə bilən addımlar atmağı qadağan edir və bir sıra dini məhdudiyyətləri bu müddəa ilə bağlayır.” (Bax “Təfsir Əs-Saadi”).