Bu qədər israfçılıq olmaz
997 dəfə baxılıb
“Sələf Xəbər” Akşam qəzetinə istinadən xəbər verir ki, Tailandda keçirilən bir hərracda 19 yaşlı universitet tələbəsi ölkənin ən bahalı və ən şanslı nömrə nişanı sayılan 1NN1111 nömrəsini almaq üçün 25 milyon baht (təqribən 810 min dollar) pul ödəyib.
Ölkənin ən prestijli universitetlərindən biri olan Assumption Universitetində təhsil alan Thanapat Tantisevekul “Əgər lazım olsaydı, hərracı 1,6 milyon dollara qədər qaldıracaqdım.”, deyib.
11 il öncə keçirilən auksionda bu nömrəni almaq üçün 11 milyon baht (təqribən 355 min dollar) verilmişdi, lakin bu il rekord daha yüksək rəqəmlə qırıldı.
Yol Departamenti gənc tələbənin öz nömrəsini özü istədiyi kimi dizayn edə biləcəyini bildirib və nəticədə qaçan 8 at və içində 9 ədəd qiymətli daş olan çay təsvir olunmuş nömrə üzə çıxıb.
Bir nömrə nişanı üçün bu qədər pul xərcləyən gənc, auksionda qalib gəldiyi üçün böyük sevinc hissi keçirib.
Bu nömrəni almaq üçün çox pul ödədiyini deyənlərə isə orijinal nömrənin sahibi “O qədər də bahalı deyil” deyib.
Tantisevekul, aldığı nömrəyə bir nəfərin 1, 1 milyon dollar təklif etdiyini, lakin nömrəni artıq maşınına vurduğu üçün vermək istəmədiyini bildirib. Gənc 810 min dollarlıq nömrə nişanını, qiyməti 16 min dollar olan maşınına vurub.
“Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir.”Müqəddəs Quran, “Əraf” surəsi, 31-ci ayə