Burunsuz dünyaya gələn uşaq
1. 777 dəfə baxılıb
Daily Mail qəzetinin haqqında yazdığı bu qızcığaz İngiltərədə dünyaya gəlib. Tessa Evans adlı körpə bir il əvvəl dünyaya gələn milyonlarla körpədən biri olsa da, digər həmyaşıdlarından fərqlənir. Məsələ ondadır ki, çox nadir rast gəlinən irsi xəstəlik səbəbi ilə o, burunsuz doğulub.
İndiyə qədər tibb tarixində cəmi 40 belə hadisə rəsmi qeydə alınıb.
Burunun yerli dibli olmadığına görə körpə qoxu hissetmə xüsusiyyətindən mərhumdur. Buna baxmayaraq o, normal həyat yaşayır. Qəribədir ki, bədəni normal oksigen almaqla yanaşı, o asqırır, hətta zökəmə də yoluxduğu hallar olub.
Uşağın anası Greninin sözlərinə görə, ilk anlar bu valideynlərə ağır gəlsə də, sonradan hər şey öz axarına düşüb. Övladları digər körpələr kimi yeyir, içir, yatır, oynayır. Üzündən heç zaman təbəssüm əskik olmur.
Həkimlər uşaqda irsi xəstəliyin olduğunu öncədən aşkar edib, bu barədə valideynlərini xəbərdar ediblər. Buna baxmayaraq, onlar qızlarının dünyaya gəlməsini istəyiblər. Tessa Evans həyatının ilk həftələrində tənəffüs alarkən çətinlik çəksə də, sonralar həkimlərin səyi ilə bu problem aradan qaldırılıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz.” (Müqəddəs Quran, “Muminun” surəsi, 78-ci ayə)
“Uca Allah qullarına onlara əta etdiyi nemətləri haqqında xəbər verərək, onların insanları Allaha minnətdarlıq etməyə və Onun qarşısında vəzifələrini qüsursuz yerinə yetirməyə həvəs oyatdığını bildirir. Allah insanlara eşitmə qabiliyyəti vermişdir ki, onlar səsləri eşidib, bundan öz dini və dünyəvi həyatı üçün fayda əldə etsinlər. O, insanlara həmçinin görmə qabiliyyəti əta etmişdir ki, onlar ətraf aləmi görə bilsinlər və bunu öz mənafeləri üçün istifadə edə bilsinlər. O, insanları həmçinin ürək və ağılla təchiz etmişdir ki, onların sayəsində insan ətrafında gedən prosesləri dərk edir və bununla da heyvanlardan fərqlənirlər. Təsəvvür edin ki, əgər insan eşitmə, görmə qabiliyyətindən və ağıldan məhrum olsaydı, hansı vəziyyətə düşərdi. Vacib həyati bacarıqlardan və məziyyətlərdən məhrum olmuş kar, kor və lal insanı təsəvvür edin. Doğrudanmı sizə bu nemətləri Ətaedənə minnətdarlıq bildirməzsiniz? Doğrudanmı siz təkcə tək Ona ibadət və itaət etməyəcəksiniz? Sizin təşəkkürünüz Allahın sizə fasiləsiz olaraq əta etdiyi bol-bol nemətlərlə müqayisədə necə də azdır!” (Bax “Təfsir Əs-Saadi”).