Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Çadrası lağa qoyulan qadına təzminat ödənildi

Fevral 12
15:29 2015

“Başındakı bez parçasını çıxartsan, səni işə götürməyi düşünə bilərik”.

Avstriyada bir məhkəmə çadrası lağa qoyulan qadına 1550 avro təzminat ödənməsinə qərar verib.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, gənc qadın Vyana Bərabər Davranış Ombudsmanına şikayət edib və əlaqədar komissiya qadına qarşı edilən hərəkətlərin “dini ayrı-seçkilik” olduğuna qərar verib.

Ombudsman məsələyə aydınlıq gətirmək üçün belə açıqlama verib: “Yuxarı Avstriyada peşə təhsili alan çadralı bir qadın şirkətə iş üçün müraciət edib. Qadınla iş görüşü keçirən müdir ona belə deyib: “Başındakı bez parçasını çıxartsan, səni işə götürməyi düşünə bilərik”. Çadranı çıxartmayacağını, lakin parik taxa biləcəyini bildirən qadını lağa qoyaraq ona gülən şəxs qadına “sən axmaqsan” deməkdən belə çəkinməyib. Daha sonra iş üçün yenidən müraciət edən qadından bu dəfə başıaçıq fotosunu göndərməsi istənilib.

Yuxarı Avstriya Əyaləti İş Mərkəzi və Bərabər Davranış Ombudsmanı məhkəmədə çadralı qadının lehinə çıxış edib. Məhkəmə işəgötürənin qadına 1550 avro təzminat ödəməsinə qərar verib.

 Sələf Xəbər: Xatırladaq ki, İslam qaydalarına əsasən, hicab müsəlman qadınları üçün mütləq geyimdir.
Uca Allah buyurur: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər…” (Qurani-Kərim, “Əhzab” surəsi, 59-cu ayə)

Digər xəbərlər